• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    28 dekabr 2021-ci il

    28 dekabr 2021-ci il tarixində Bakıdakı Rus Evində (Rusiya İnformasiya və Mədəniyyət Mərkəzi) “Kitablar və yazıçılar-ildönümləri” layihəsinin yekunlarına həsr olunmuş Yeni il şənliyi keçirilmişdir. Tədbir çərçivəsində layihə qaliblərinin təntənəli mükafatlandırma mərasimi keçirilib.

    Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının tələbələri Cəmalə Abdinzadə, Fidan Əliyarzadə, Ulduz Əliyeva və Ləman Qulamova  “Ən yaxşı video” nominasiyası üzrə layihənin qalibləri olublar. Tələbələrə qaliblərin diplomları və xatirə hədiyyələri təqdim olunub. Mükafat BMA-nın tələbə qrupunun rəhbəri, sənətşünaslıq üzrə fəlsəfə doktoru, BMA-nın baş müəllimi Alyona İnyakinaya da verilib. Tədbirin konsert proqramı çərçivəsində Cəmalə Abdinzadə və Alyona İnyakina P.İ.Çaykovskinin “Şelkunçik” baletindən “Draje pərisinin variasiyalarını” ifa ediblər.

    Qeyd edək ki, tədbirdə “Rossotrudniçestvo”nun rəhbərliyi və Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı səfirliyinin nümayəndələri iştirak ediblər.