• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    1 iyun 2020-ci il

    Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının kompleksli təhsil nümunəsini və elmi-eksperimental bazası kimi fəaliyyət göstərən orta ixtisas musiqi Məktəb-studiyası 1980-ci ildə Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə elmlər doktoru, professor Tərlan Seyidovun müəllif layihəsi üzrə yaradılmış və onun rəhbərliyi altında fəaliyyət göstərir.

     Bu 40 illik fəaliyyəti dövründə Məktəb-studiya bütün ixtisaslar üzrə musiqi tədrisi və tərbiyəsi prosesinin daha optimal aparılmasına, gələcək peşəkar musiqiçilərin möhkəm bünövrəsinin qoyulmasına xidmət göstərmişdir.

    Bu gün də “Koronovius” pandemiyası ilə əlaqədar tətbiq edilən xüsusi karantin rejimində Orta ixtisas musiqi Məktəb-studiyası bütün ixtisaslar üzrə gərgin rejimdə “online” videodərsləri davam etdirməkdədir.

    Qeyd edək ki, distant şəklində keçirilən dərslər, seminarlar barəsində təhsil ocağına daim hesabat verilir və bütün məlumatlar  Məktəb-studiyanın rəsmi “Facebook” səhifəsində yerləşdirilir.

     

    https://www.youtube.com/watch?v=qzmRN2ZVk2g&fbclid=IwAR3X_xR-BjUi8MN1lyh-QrMSrY5i0gvfWRjttG8dfKvmXvpCU9MvdhhwJIs

    https://www.facebook.com/yana.lobodenko.3/videos/10221975188593189/

    https://photos.app.goo.gl/boSpEEnTrdqpnHrZ7

    https://www.youtube.com/watch?v=N3KG2YcztKM&app=desktop

    https://photos.app.goo.gl/cmtFKA6EqEdzcM4MA 

    https://cloud.mail.ru/stock/g1Gh97Eg3DKBMVCpTScZ2fwk

    https://cloud.mail.ru/stock/JNwSCmiviYBYYcykt5dVfkz3

    https://cloud.mail.ru/stock/42in5eujKkCDEeyQQnvW2XVR

    https://yadi.sk/i/aXcuSGMEsfphjg

     https://yadi.sk/i/Yo0yUMZ8_XvVlQ

     https://yadi.sk/i/o1sr7eBI18qsdg

     https://drive.google.com/file/d/1L0zd9i8MEkc9osOeUBP0tIRSWBBvBOvm/view?ts=5e931a3f

    https://yadi.sk/i/PkPsNqxAFkE8TQ                                                           

    https://yadi.sk/i/vrxfKGjh3ucdTg                                                              

    https://yadi.sk/i/-oZW4CaCFIw5Wg                                                       

     https://yadi.sk/i/FmztvSpIiaexWw                                                             

     https://yadi.sk/i/iutsu_xTz4_RmQ                                                            

     https://yadi.sk/i/Jp_fnhbb329CGA