• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    24 aprel 2022-ci il

     24 aprel 2022-ci il tarixində Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Böyük zalında Azərbaycan və İsrail arasında diplomatik əlaqələrin qurulmasının 30 illiyinə və "Azİz" İsrail-Azərbaycan Beynəlxalq Assosiasiyasının yaranmasının 15 illiyinə həsr olunmuş konsert keçirildi.

    Təntənəli tədbiri “Azİz” Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Yeganə Salman açaraq, tədbir iştirakçılarını salamladı, İsrail və Azərbaycanı əlamətdar tarix münasibətilə təbrik etdi, hər iki ölkə arasında əməkdaşlığın möhkəmlənməsini, iki qardaş xalqa sülh və əmin-amanlıq, firavanlıq arzuladı.

    Konsertdə İsrail Dövlətinin Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Corc Dik iştirak etmişdir.

    Qeyd edək ki, əlamətdar gün ilə əlaqədar Türkiyə, ABŞ, Kanada, Trinidad və Tabaqo, B.Britaniya, İsveç, Norveç, Danimarka və İsraildən Azərbaycan diasporasının nümayəndələri də konsertdə qonaq qismində yer almışlar.

    Tədbirdə İsrail və Azərbaycan musiqiçiləri iştirak etdilər: İsrailin opera müğənnisi Kamelia İoffe, Beynəlxalq müsabiqələr laureatları, pianoçu Fəqan Həsənli (Azərbaycan), skripkaçı Aytac Kara (Azərbaycan), vokal ifaçısı Rza Xosrovzadə (Azərbaycan). Həmçinin məktəb-studiyasının şagirdi Hüseyn Quliyev, 22 saylı musiqi məktəbinin şagirdi Elmira Dadaşova (Əməkdar müəllim İlhamə Ağayevanın sinfi) da çıxış etdilər.

    İfaçılar konsert proqramında İ.S.Bax, Lavri, F.Kreysler, S.Raxmaninov, K.Qlyuk, K.Bole, E.Blox, V.Dolinskaya, T.İbrahimbəyova, E.İbrahimova, Q.Qarayev, M.Maqomayevinin əsərlərini ifa etdilər.

    Tamaşaçıların böyük rəğbətinin qazanan konsert gurultulu alqış sədaları altında başa çatdı.