• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    18 aprel 2022-ci il

    18 aprel 2022-ci il tarixində Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Böyük zalında “Solo oxuma və opera hazırlığı” kafedrası   tələbələrinin konserti keçirildi.

    Qeyd edək ki, konsert Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının 100 illik yubileyinə həsr olunmuşdur.

    Konsertdə Azərbaycanın Xalq artistləri, BMA-nın professorları Fidan Qasımova, Xuraman Qasımova, Gülnaz İsmayılova, Natavan Seyidzadə, dosentlər Jalə Cəfərova, Sevda Məmmədova, Svetlana Əhmədova-Mirzəyevanın  tələbələri istedadları ilə bütün dinləyicilərin ruhunu oxşadılar.

     Konsertmeysterlər Əməkdar artist Rəna Ağayeva, Əməkdar artist Nigar Məlikova, Məryəm Yusifova, Liliya İmanova, Dilarə Kərimova, Ülviyyə Əliyeva, Nigar Əsgərova, İlahə İsmayılovanın müşayiətilə gənc ifaçılar-Rza Xosrovzadə, Leyla Baxışova, Elmina Həsənova, Əli Muradov, Lalə İbrahimova, Ruslan Persan, Sara Tağızadə, Səməd Novruzov, Fidan Məmmədzadə, Atefə Qarabaği, Emin İsmayılov, Aysel Hüseynzadə, Aqşin Xudaverdiyev, Nailə Xasıyeva  konsertdə müvəffəqiyyətlə çıxış etdilər.

    Rəngarəng konsert proqramında E.Curtis, J.Bize, Q.Qarayev, T.Quliyev, S.Rüstəmov, V.di.Paola, F.Şubert, E.Kapua, V.Adıgözəlov, R.Vaqner, P.İ.Çaykovski, M.Kyara, C.Verdi, R.Leoncavallo, V.A.Mosart, M.Qlinka, F.Əmirov, A.Zatsepin, X.Lakalye, M.Maqomayevin əsərləri səsləndirildi.

    Tamaşaçıların böyük marağına səbəb olan konsert gurultulu alqış sədaları altında başa çatdı.