• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    16 mart 2022-ci il

    16 mart 2022-ci il tarixində Bakıda Rus Evində dahi musiqiçi Mstislav Rostropoviçin anadan olmasının 95-ci il dönümünə həsr olunmuş konsert gecəsi keçirildi.

    Konsert proqramı Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası tərəfindən hazırlanmışdır. Gecənin aparıcısı və təşkilatçısı Akademiyanın baş müəllimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Alyona İnyakina olmuşdur.

    Proqramda BMA-nın baş müəllimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Alyona İnyakina, Niyazi adına Azərbaycan Dövlət Simfonik orkestrinin solisti, BMA-nın baş müəllimi Lalə Muxtarova, BMA-nın müşayiətçiləri Dilarə Kərimova və Arzu Səfərova, BMA-nın məzunları  Əməkdar artist Aleksey Miltıx, Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinin solisti Leyla Kərimova və pianoçu Ülviyyə Kazımova, BMA-nın tələbələri Zərrin Əliyeva, Erol Rzayev, Aysel Abdullayeva, Humay Hacızadə, Cəmalə Abdinzadə, Ruslan Persan, Nailə Xasıyeva, Firuzə Bəyləryarova, Emil İsmayılov və BMA-nın Məktəb-studiyasının şagirdi Teymur Kazımov çıxış etmişlər.

    Tədbirdə Rusiyanın Azərbaycandakı səfiri Mixail Boçarnikov, Milli Məclisin deputatları siyasi elmlər doktoru, professor Elşad Mirbəşir oğlu və iqtisad elmləri doktoru, professor Rüfət Quliyev, Bakı Musiqi Akademiyasının ifaçılıq fakültəsinin dekanı, Əməkdar incəsənət xadimi, professor Nəzmiyyə Abbaszadə, mədəniyyət və incəsənət xadimləri iştirak etmişlər.