• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    16 sentyabr 2021-ci il

    16 sentyabr  2021-il  tarixində “Maqsud İbrahimbəyov Yaradıcılıq Mərkəzində” görkəmli Polşa yazıçı, futuroloq və filosof Stanislav Lemin yüzilliyinə həsr olunmuş ədəbi və musiqi gecəsi keçirildi.

    Tədbir Azərbaycan Respublikasındakı Polşa Səfirliyi, Beynəlxalq Elmi Polşa mərkəzi, Maqsud İbrahimbəyov Yaradıcılıq Mərkəzi, NG Creators Club dəstəyi ilə keçirilib. Ədəbi və musiqi gecəsində Azərbaycan Respublikasındakı Polşa səfirliyinin mədəniyyət müşaviri Bartoş Muscialoviç, Elmlər Akademiyasının nümayəndəsi, Beynəlxalq Elmi Polşa Mərkəzinin direktoru, professor Gülər Abdullayeva, Maqsud İbrahimbəyov Yaradıcılıq Mərkəzinin direktoru Anna İbrahimbəyova, Rusdilli Təhsil Müəssisələr Dərnəyinin sədri Lyubov Yakunina, Azərbaycan Yazıçılar Birliyinin üzvü, yazıçı-fantast Aleksandr Xakimov, NG Creators Club-un direktoru Natiq Əliyev, Azərbaycan Fotoqraflar Birliyinin üzvü Rüstəm Hüseynov, Polşa Birliyi Şurasının üzvü Aleksandr Kostin, Polşa icmasının nümayəndələri iştirak etmişdirlər. Gecənin aparıcısı sənətşünaslıq üzrə fəlsəfə doktoru, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının “Musiqi nəzəriyyəsi” kafedrasının baş müəllimi Alyona İnyakina idi. Tədbirdə Alyona İnyakina həmçinin “S. Lemin ədəbi əsərlərinin film uyğunlaşmalarında musiqinin mənası” mövzusunda məruzə ilə çıxış etmişdir. Tədbirin konsert hissəsi Azərbaycan Respublikasının Əməkdar Artisti, Beynəlxalq müsabiqələrin laureatı, Bakı Musiqi Akademiyasının professoru Elnara Keberlinskaya və Beynəlxalq müsabiqələrin laureatı, Prezident təqaüdçüsü, BMA-nın tələbəsi Firuza Bəylərova təqdim edilmişdir. Onların ifasında Azərbaycan və Polşa bəstəkarların əsərləri səslənmişdir.