• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    19-30 mart 2022-ci il

     2022-ci il Türkiyənin Bursa şəhəri Türk Dünyasının  Mədəniyyət Paytaxtı elan olunmuşdur.

    Bu münasibətlə 19-30 mart tarixlərində  Ankara, İstanbul, Kırşehir, Bolu, Konya və bir çox şəhərlərdə Türksoy Beynəlxalq Musiqi Təşkilatının təşkilatçılığı ilə silsilə tədbirlər keçirildi.

    Həmçinin bu konsert ərəfəsində Polşanın Varşava şəhərinə və Marki vilayətinə də səfər təşkil olunmuşdur.

    20 ölkənin iştirak etdiyi bu tədbirdə Azərbaycanı Beynəlxalq müsabiqələr laureatı, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının "Konsertmeyster ustalığı" kafedrasının müəllimi, istedadlı vokal ifaçı Taleh Yəhyayev təmsil etdi.

    Qeyd edək ki, ölkəmizi uğurla təmsil edən T.Yəhyayev ilk azərbaycanlı ifaçı olaraq, Türk Dünyasının Şərəf medalı ilə təltif olunmuşdur.