• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    2 dekabr  2021-ci il

    2 dekabr 2021-ci il tarixində ADA Universitetində baş tutmuş U.N.A.O.C; İ.C.E.S.C.O və Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçirilən "Mədəniyyət naminə sülh" Qlobal kampaniyasının tərəfdaşları forumu keçirilmişdir.

    Açılış mərasimində dəvət olunmuş şəxslərdən Azərbaycan Respublikası Prezident administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev, Azərbaycan Respublikası Mədəniyyət Naziri Anar Kərimov, Azərbaycan Respublikası Milli Məclisindən Soltan Məmmədov, Qənirə Paşayeva və başqa dövlət qurumları və şəxslər iştirak etmişdir. Xarici dövlətlərdən B.Ə.Ə, Türkiyə, Meksika, Fransa və bir sıra ölkələrin nümayəndə heyəti də  nitq söyləmişlər. Açılış mərasimində Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Beynəlxalq əlaqələr, Sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektor, Xalq artisti, professor Yegane  Axundova iştirak etmişdir. Forumun ll sessiyyasına Bakı Musiqi Akademiyasınin müəllimləri (Kəmalə Ələsgərli, Leyla Zöhrabova, Minaxanım Babayeva, Günel Eyvazzadə   və Xarici tələbələrlə iş üzrə şöbə müdiri Hüseynova Röya) və  tələbələri qatılmışlar.

    Tələbələrdən isə Fidan Əliyarzadə, Amaliya Ağayeva, Əsmər İbazadə, Kənan Xəlilzadə  və Nihat Ağayev  iştirak etmişdir.