• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    30 oktyabr 2020-ci il

    Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının da üzv olduğu Qara Dəniz Universitetləri Şəbəkəsində Azərbaycanı təmsil edən universitetlərin beynəlxalq əlaqələr üzrə prorektorları və beynəlxalq əlaqələr üzrə əlaqələndirici şəxsləri ilə Təhsil Nazirliyinin tövsiyələrinin müzakirə edilməsi məqsədi ilə 30 oktyabr 2020-ci il tarixində görüş təşkil olunub.

    Qeyd edək ki, Qara Dəniz Universitetləri Şəbəkəsi Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının məqsəd və hədəfləri çərçivəsində region ölkələri arasında təhsil və elmi-tədqiqat sahəsində birgə təşəbbüslərin dəstəklənməsi məqsədi ilə yaradılmış qurumdur. Hazırda Şəbəkəyə müxtəlif ölkələri təmsil edən 100-dən artıq ali təhsil müəssisəsi üzvdür. Şəbəkənin İcraiyyə Komitəsi isə Azərbaycan, Türkiyə, Ukrayna, Gürcüstan, Bolqarıstan, Rusiya, Moldova, Serbiya, Yunanıstan kimi ölkələrin universitet rektorlarından ibarətdir.

     Məlumdur ki, Bakı Ali Neft Məktəbinin (BANM) rektoru Elmar Qasımov Qara Dəniz Universitetlər Şəbəkəsinin İcraçı şurasına üzv seçilmiş, Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən müvafiq ali təhsil müəssisələrinin Şəbəkə çərçivəsində fəaliyyətinin əlaqələndirilməsi işi BANM-ə həvalə olunmuşdur.

    ATM-lərin beynəlxalq əlaqələr üzrə prorektorları və beynəlxalq əlaqələr üzrə əlaqələndirici şəxsləri ilə keçirilmiş görüşdə Bakı Musiqi Akademiyasının Beynəlxalq əlaqələr, ictimaiyyətlə əlaqələr və sosial məsələlər üzrə prorektoru, professor Yeganə Axundova iştirak edib. Görüş zamanı şəbəkədə Azərbaycanı təmsil edən ali təhsil müəssisələrinin fəaliyyətinin koordinasiyası, həmçinin digər ölkələrdən şəbəkəyə üzv olan ATM-lərlə əməkdaşlıq əlaqələrinin daha da genişləndirilməsi kimi məsələlər müzakirə edilib.