• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    28 oktyabr 2019-cu il

    2019-cu il 28 oktyabr tarixində Almaniyanın tanınmış orqan alətinin ifaçısı, Vürtemberq Yevangelist Regional Kilsəsinin musiqi rəhbəri Matthias Hanke, Cənubi Qafqaz və Gürcüstanın Xilaskar Evangelik Lüteran icmasının episkopu Markus Şox, Bakıdakı Xilaskar Evangelik Lüteran icmasının keşişi Qotthard Lemke Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru, professor Fərhad Bədəlbəyli ilə görüşmüşlər.

    Görüşdə BMA-nın Beynəlxalq əlaqələr və tərbiyə işləri üzrə prorektoru, xalq artisti, tanınmış pianoçu, professer Yeganə Axundova, Əməkdar incəsənət xadimi, Orqan kafedrasının professoru, ilk qadın orqan ifaçısı Tahirə Yaqubova da iştirak edirdilər.
    Bu görüşdə dünyada və Azərbaycanda orqan sənətinin inkişafı haqqında, Azərbaycan bəstəkarlarının orqan aləti üçün yazdıqları əsərlərdən bəhs edilmişdir. Eyni zamanda Azərbaycana gələn Almaniyanın Ştutqart şəhərinin xorunun BMA-nın tanınmış musiqiçiləri-professor və müəllim heyəti ilə birlikdə nəzərdə tutulan konsertləri barədə söhbətlər aparılmışdır.
    Həmçinin BMA-ya təşrif buyurmuş qonaqlar I Beynəlxalq Orqan musiqi festivalının açılışında iştirak etmişlər. Qeyd edək ki, Almaniyanın tanınmış orqan ifaçısı Matteas Hankenin də Bakıda Kamera və Orqan musiqi zalında konserti baş tutacaqdır.