• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

     

    "Lisenziyalaşdırma və müəlliflik hüququ"

     

    British Council Azerbaijan"Selector PRO" incəsənət proqramı çərçivəsində "Lisenziyalaşdırma və müəlliflik hüququ" mövzusunda seminar təşkil edəcək.

    Britaniya Şurası və "Park Cinema" kinoteatrlar şəbəkəsinin birgə əməkdaşlığı ilə "Lisenziyalaşdırma və müəlliflik hüququ" mövzusunda təşkil olunacaq bir günlük "Selector PRO" seminarı Azərbaycanın musiqi sahəsi üzrə aparıcı mütəxəssislərini 29 yanvar tarixində Alov Qüllələrində yerləşən Park Cinema kinoteatrında bir araya gətirəcək.

    Təlim Birləşmiş Krallıqda redaktor, jurnalist və KİV sahəsi üzrə sahibkar kimi fəaliyyət göstərən Kris Kuk tərəfindən 29 yanvar tarixində, saat 12:00-dan- 14:00-a qədər keçiriləcək. O, musiqi biznesini anlamaqda və dərk etməkdə insanlara yardımçı olan CMUşirkətinin həmtəsisçisi və idarəedici direktorudur. Sözügedən şirkət aşağıdakı təsirli vasitələrdən istifadə etməklə insanlara köməklik göstərir: CMU Daily bulletin (CMU gündəlik bülleteni), Setlist podcast (Setlist podkastı)CMU Trends library (CMU tendensiyalar kitabxanası) kimi kütləvi informasiya vasitələri; CMU Insights konsultasiya bölməsi və onun təlim kursları, konfrans sessiyaları, tədqiqat hesabatları; karyerasına yenicə başlayan musiqiçilərə və gələcək istedadlara dəstək verən CMU:DIYmaarifləndirici proqramı. İngilis dili və hüquq kimi iki ayrı ixtisas üzrə diploma sahib olan Kris musiqi biznesi, əqli mülkiyyət məsələləri, KİV və kommunikasiya sahəsi haqqında müntəzəm olaraq yazılar yazır, müzakirələr aparır və iradlarını bildirir.

    Selector PRO həm peşəkarları, həm də geniş ictimaiyyəti müasir cəmiyyətin musiqi tendensiyaları, o cümlədən, Böyük Britaniyanın musiqi sənayesinin spesifik xüsusiyyətləri barədə maksimal dərəcədə məlumatlandırmaq məqsədi daşıyır. Tədbir "British Council"ın təşəbbüsü ilə hazırlanmış, Birləşmiş Krallığın ən yaxşı musiqi nümunələrini Azərbaycan auditoriyasına təqdim etmək məqsədi daşıyan radio-şounu və silsilə "Selector Live" əyləncə gecələrini özündə ehtiva edən "Selector" musiqi proqramının nəticəsi hesab edilir.

    Bütün KİV nümayəndələri 29 yanvar tarixi səhər saat 1130 Alov Qüllələrin 4-cü mərtəbəsində yerləşən Park Cinema kinoteatrında keçirilən mətbuat konfransına dəvət olunur.

    Bu təlim hər kəs üçün açıq olacaq. Qeydiyyatdan keçmək üçün qeydiyyat formasını https://www.britishcouncil.az/programmes/arts/selector-pro doldurun və 25 yanvar 2019-cu il tarixindən gec olmayaraq Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.  elektron poçt ünvanına göndərin.