• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    1 mart 2019-cu

    1 mart 2019-cu il tarixində Macarıstanın Azərbaycandakı Səfirliyinin Mədəniyyət məsələləri üzrə attaşesi Mixail Qruber, Macarıstanın İştvan Bokşay adına Reformator Təhsili Mərkəzinin direktoru Papp Kornel və F. List adına Musiqi Akademiyasının müəllimi, tuba ifaçısı Kovacs Zalan Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının qonağı olublar.

    Qonaqlar BMA-nın Beynəlxalq əlaqələr üzrə prorektoru, Xalq artisti, professor Yeganə Axundova ilə görüşüblər.
    Görüşdə Azərbaycan və Macarıstan arasında mədəniyyət sahəsində möhkəm əməkdaşlıq münasibətləri müzakirə edilib. Həmçinin, Papp Kornel direktoru olduğu Mərkəzin fəaliyyət istiqamətləri haqqında ətraflı məlumat verib və gələcək əməkdaşlığın mümkün perspektivləri haqqında söhbət aparılıb.
    Daha sonra isə Kovacs Zalan Bakı Musiqi Akademiyasının və Musiqi Kollecinin İfaçılıq fakültəsinin tuba ixtisası üzrə təhsil alan tələbələri ilə ustad dərsi keçirib. Ustad dərsində BMA-nın müəllim və tələbə heyəti iştirak edib.