• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    Azərbaycan Respublikası Təhsil Nazirliyi Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası Gənc pianoçular arasında “Fikrət Əmirov 100” Respublika müsabiqəsi

    Elan edir:

    Müsabiqənin şərtləri:

    Müsabiqə 1 mərhələdən və son yekun konsert hissəsindən ibarətdir.

    Müsabiqənin keçiriləcəyi tarix: 13.12.2022 - 14.12.2022

    Qaliblərin mükafatlandırılması və yekun konsert : 15.12.2022

    Müsabiqədə 8 yaşdan 24 yaşa qədər ifaçılar iştirak edə bilər.

     

    8-14 yaşa qədər ifaçılar üçün nəzərdə tutulmuş proqram:

    • “12 miniatür” silsiləsindən 6 miniatür
    • İkinci preludiya və ya ikinci ekspromt
    • “Variasiyalar”

    *Qeyd olunan bütün əsərlər ifa olunmalıdır.

     

    15-24  yaşa qədər ifaçılar üçün nəzərdə tutulmuş proqram:

    • 12 miniatür
    • 2 preludiya və ya  2 ekspromt, 
    • “Variasiyalar” və ya  “Romantik Sonata”  1-ci hissə

    *Qeyd olunan bütün əsərlər ifa olunmalıdır.

      

      

    8-24 yaş ifaçılar arasında keçiriləcək müsabiqədə qaliblər üçün nəzərdə tutulan mükafat:

    I yer  800 azn

    II yer  600 azn

    III yer 400 azn

    IV, V yer iştirakçıları –diplom və 200 manat dəyərində mükafat

     

    Müsabiqəyə təqdim olunan sənədlər

    İştirakçının ərizəsi

    Doğum haqqında şəhadətnamə və ya şəxsiyyət vəsiqəsinin sürəti

    13*18 ölçüdə rəngli fotoşəkiI (2ədəd)

    Təhsil aldığı və ya məzun olduğu təhsil müəssisəsindən sənəd

    • Sənədlər həm elektron həm də əyani surətdə qəbul olunacaqdır.

     

    İştirak etmək istəyən musiqiçilər təcili olaraq aşağıdakı elektron ünvanına məlumat göndərsinlər.

    Sənədlərin qəbulunun son tarixi  30.11.2022-ci il tarixinə qədərdir.

    Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

    Əlaqə nömrəsi : +99450 4092092