• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    “Global Koreya Təqaüd Proqramı”

    Koreya Respublikası Təhsil Nazirliyi yanında Beynəlxalq Təhsil üzrə Milli İnstitutu (BTMİ) 2022-ci il üçün xarici tələbələrə bakalavr pilləsi üzrə “Global Koreya Təqaüd Proqramı”nı elan etmişdir. Sözügedən təqaüd proqramının əsas şərtləri, müraciət formaları və digər məlumatları BTMİ-nin “Koreyada Təhsil” internet səhifəsindən (www.studyinkorea.go.kr) əldə etmək mümkündür.

     Məlumat üçün bildiririk ki, səfirlik vasitəsi ilə müraciət edəcək Azərbaycan vətəndaşları 05 oktyabr 2021-ci il tarixinə qədər sənədlərini təqdim etməlidirlər. Seçilmiş şəxslər Səfirlikdə təşkil ediləcək müsahibəyə dəvət olunacaqlar.

     Təqaüd proqramı ilə bağlı əlaqələndirici şəxs xanım Lee Hyunju (Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.; tel: 012 596 79 01).