• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    İyunun 29-30-u saat 11:00-da Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının 100 illik yubileyi ilə əlaqədar uşaq musiqi və incəsənət məktəblərinin şagirdləri üçün onlayn ustad dərsləri təşkil olunacaq.

       

     Onlayn ustad dərslərinə bu linklər vasitəsilə qoşulmaq mümkündür:

    29 iyun saat 11:00-da:

    Join Zoom Meeting

     https://us05web.zoom.us/j/83192389314?pwd=cWM1bTlmclMrRDl5WG9sTDBBTjRhZz09

    Meeting ID: 831 9238 9314

     Passcode: UT6Uj7

     30 iyun saat 11:00-da:

     Join Zoom Meeting

     https://us05web.zoom.us/j/85342641608?pwd=Tno4Rlh0SmZ5Slhmb3g1U0dmdDVkQT09

     Meeting ID: 853 4264 1608

    Passcode: GNKWa1

     #MinistryforCulture

     #MədəniyyətNazirliyi

     #Azerbaijan

     #Azərbaycan

     #culture

     #mədəniyyət