• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

     

    Üzeyir Hacıbəyli Adına Bakı Musiqi Akademiyası aşağıdaki kafedralarda vakant yerləri tutmaq üçün müsabiqə elan edir.

     

    İXTİSAS FORTEPİANO KAFEDRASI
    Dosent
    Dosent
    Baş müəllim
    Baş müəllim
    Müəllim

    SİMLİ ALƏTLƏR KAFEDRASI
    Professor
    Professor
    Baş müəllim

    NƏFƏS VƏ ZƏRB ALƏTLƏRİ KAFEDRASI
    Müəllim

    MUSİQİ NƏZƏRİYYƏSİ KAFEDRASI
    Professor, sənətşünaslıq doktoru
    Professor,sənətşünaslıq doktoru

    MUSİQİ TARİXİ KAFEDRASI
    Professor,elmlər namizədi
    Dosent,sənətşünaslıq namizədi

    METODİKA VƏ XÜSUSİ PEDAOQJİ HAZIRLIQ KAFEDRASI
    Dosent

    FORTEPİANO,ORQAN VƏ KLAVESİN KAFEDRASI
    Baş müəllim
    Baş müəllim

    XOR DİRİJORLUĞU KAFEDRASI
    Baş müəllim
    Müəllim

    KONSERTMEYSTER USTALIĞI KAFEDRASI
    Baş müəllim
    Müəllim

    BƏSTƏKARLIQ KAFEDRASI
    Dosent

    AZƏRBAYCAN ƏNƏNƏVİ MUSİQİ VƏ MÜASİR TEXNOLOGİYALAR KAFEDRASI
    Müəllim

    MÜSABİQƏ MÜDDƏTİ ELAN QƏZETDƏ DƏRC
    EDİLDİKDƏN SONRA BİR AYDIR.
    ƏRİZƏ VƏ SƏNƏDLƏR MÜSABİQƏ HAQQINDA
    ƏSASNAMƏYƏ UYĞUN REKTORUN
    ADINA BU ÜNVANA GÖNDƏRİLƏ BİLƏR.
    BAKI ŞƏHƏRI, AZ -1014 Ş.BƏDƏLBƏYLİ KÜÇƏSİ, 98.