• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    Kazımova Günel Namiq qızı

    Baş müəllim

    Doğum yeri: Azərbaycan, Bakı şəh.

    Təhsili: 1991–2002–ci illərdə Bülbül adına Orta ixtisas musiqi məktəbində oxumuş, 2002-2006-cı ildə Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasını fortepiano ixtisası üzrə bakalavrı,2006-2008–ci illərdə magistrı bitirib. (Əməkdar müəllim, prof., Ə.Vəkiovanın sinfi) 2011–2015–ci illərdə Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının dissertantura şöbəsində oxuyub.

    Pedaqoji fəaliyyəti: 2009 – cu ildən Bakı Musiqi Akdemiyasında “İxtisas fortepiano” kafedrasında Ə.Vəkilovanın assistenti vəzifəsində çalışmışdır. 2016–cı ildən "İxtisas fortepiano" kafedrasında baş müəllim vəzifəsində çalışır.

    Elmi və ifaçılıq fəaliyyəti: 1995, 1997, 1998 – ci illərdə müsabiqələrdə iştirak etmiş, laureat adı qazanmışdır. 2009-cu ildə keçirilən Qəbələ Beynəlxalq Piano müsabiqəsində iştirak etmişdir. 1996-cı ildə ABŞ - ın təşkil etdiyi “Gənc istedadların konsert” ində Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestri ilə İ.S.Baxın fa – minor konsertini ifa etmişdir. 1999-cu ildə Bülbül adına məktəbin 70 illik yubileyinə həsr olunmuş konsertlərdə, 2000, 2003, 2005, 2009 – cu illərdə “Kappelhausda” solo konsert proqramları ilə çıxış etmişdir. 2011–ci ildə F.Listin 200–illik yubileyinə həsr olunmuş solo konsert proqramı ilə Bakı Musiqi Akademiyasının Böyük zalında, Bakı Musiqi Akademiyasının 90 – illik yubileyinə həsr olunmuş konsertdə Niyazi adına Azərbaycan Dövlət Televiziya və Radio Orkesrtri ilə Drijor Azad Əliyev ilə, 2000, 2014, 2015, 2016–cı illərdə M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında, Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri ilə dirijor Rauf Abdullayev və Fuad İbrahimov ilə çıxış etmişdir. Mütəmadi olaraq elmi konfranslarda uğurla çıxış edir və elmi məqalələri dərc olunur.