• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    Hüseynova Könül Qabil qızı

    Dosent, sənətşünaslıq üzrə fəlsəfə doktoru

    Doğum yeri: Azərbaycan, Bakı şəh.

    Təhsil: 1998-ci ildə Bülbül adına Orta İxtisas Musiqi Məktəbində oxuyub. 1998-ci ildə Bakı Musiqi Akademiyasının fortepiano şöbəsində, professor Y.Sabayevin sinfində təhsil alıb. 2002-ci ildə həmin təhsil ocağının bakalavr, 2004-cü ildə isə magistr pillələrini bitirib. 2008-ci ilin may ayında “Azərbaycan musiqi mədəniyyətinin inkişafında Fərhad Bədəlbəyli yaradıcılığının yeri və rolu” mövzusunda namizədlik dissertasiyasını müdafiə edib.

    Pedaqoji fəaliyyəti:

    2004-cü ildən Bakı Musiqi Akademiyasının “Konsertmeyster ustalığı” kafedrasında müəllim, 2008-ci ildə baş müəllim, 2010-cu ildən dosent vəzifəsində çalışır.

    2010-cu ildən həmçinin 1 saylı "İxtisas fortepiano" kafedrasında da fəaliyyət göstərir.

    Elmi və ifaçılıq fəaliyyəti:

    Təhsildəki uğurlarına görə Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin “Fəxri fərmanı” ilə təltif olunub. K.Hüseynova, həmçinin 22 ç.v. həcmində "Musiqimizin Fərhadı" adlı monoqrafiyanın, "R.Şumanın "Şairin məhəbbəti" vokal silsiləsinin ifaçılıq xüsusiyyətləri" adlı dərs vəsaitinin, 18 elmi məqalənin və 2 metodik vəsaitin müəllifidir.

    2007-ci ildə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi tərəfindən keçirilmiş

    Elmi məqalələr müsabiqəsində diploma layiq görülmüşdür. Onun “Musiqimizin Fərhadı” adlı monoqrafiyası 2008-ci ildə Kitab Nominasiyası üzrə “Humay” Milli Mükafatına layiq görülmüşdür. Fərhad Bədəlbəyli yaradıcılığının bütün sahələrini əks etdirən, 2011-ci ilin 23 fevral tarixində təqdimatı keçirilmiş elmi saytın müəllifidir.

    R.Şumanın “Şairin məhəbbəti” vokal silsiləsi (2013) və R.Leonkovallonun "Məzhəkəçilər" operası (2015) layihələrini tələbələri ilə birlikdə uğurla təqdim etmişdir.