• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

     

    “Norma” operası

     8 fevral 2018-ci il saat 19.00 tarixində Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Şövkət Məmmədova adına Opera Studiyasında Vincenzo Bellini “Norma” operası səhnəyə qoyulacaq.

    Qeyd edək ki, Norma operası – italiyalı bəstəkar Vincenzo Bellininin 2 pərdəli (libretto: Feliçe Romani) lirik tragediyasıdır. Hadisələr romalılar tərəfindən fəth edilən Qalliya şəhərində cərəyan edir. Operanın ilk premyerası 1831-ci ildə Milan şəhərinin La Skala teatrında səhnəyə qoyulub.

    Azərbaycanda ilk dəfə səhnəyə qoyulacaq opera - quruluşçu dirijor Xalq artisti, professor Fəxrəddin Kərimov, quruluşçu rejissor Elvin Mirzəyevin rəhbərliyi ilə həyata keçəcək. Solistlər qismində Əməkdar artistlər - Fəridə Məmmədova (Norma), Səbinə Əsədova (Adalciza), Anton Ferştano (Orovez), həmçinin Adil Axundov (Pollion), Hidayət Əliyev (Flaviy), İslamə Abdullayeva (Klotilda) çıxış edəcək.