Image Slider 2
Image Slider 1
Bakı Musiqi Akademiyası
Image Slider 3
4.jpg
5.jpg
6.jpg
previous arrowprevious arrow
next arrownext arrow
Shadow

 

Tarix və müasirlik

 



Azərbaycan Respublikası Prezidentinin Sərəncamları


FƏLSƏFƏ DOKTORU İMTAHANLARININ PROQRAMLARI

AZƏRBAYCANIN REGİONLARI ÜÇÜN MƏKTƏB-STUDİYANIN 2021-2022-ci TƏDRİS İLİNDƏ PULSUZ ONLAYN USTAD DƏRSLƏRİ


Cari ildə ikinci ixtisas olaraq, əlavə təhsil almaq istəyənlər qeyd olunan elektron ünvandan qeydiyyatdan keçə bilərlər!

Elan!

Müəllim və tələbələrin nəzərinə!


ORTA İXTİSAS MUSİQİ MƏKTƏB-STUDİYASINA MƏKTƏBƏQƏDƏR VƏ KİÇİK YAŞLI MƏKTƏBLİ UŞAQLARIN QƏBULU ÜÇÜN ÖDƏNİŞSİZ HAZIRLIQ KURSLARI TƏŞKİL EDİR

БАКИНСКАЯ МУЗЫКАЛЬНАЯ АКАДЕМИЯ ОРГАНИЗУЕТ БЕСПЛАТНЫЕ ПОДГОТОВИТЕЛЬНЫЕ КУРСЫ ДЛЯ ДЕТЕЙ ДОШКОЛЬНОГО И МЛАДШЕГО ШКОЛЬНОГО ВОЗРАСТА ДЛЯ ПОСТУПЛЕНИЯ В СРЕДНЮЮ СПЕЦИАЛЬНУЮ МУЗЫКАЛЬНУЮ ШКОЛУ-СТУДИЮ


Ali məktəb, musiqi kollecləri, incəsənət məktəbləri, VII və XI illik uşaq musiqi məktəblərinin müəllimləri üçün MÜƏLLİMLƏRİN İXTİSASARTIRMASI ÜZRƏ (ƏYANİ VƏ DİSTANT)
P R O Q R A M
təyin edilmişdir.

İxtisas imtahanının proqram tələbləri


Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası aşağıdakı kafedralarda vakant yerləri tutmaq üçün müsabiqə elan edir

2024-cü il 7-8 may tarixində Ü.Hacıbəyli adına BMA-ı Ümummilli lider Heydər Əliyevin ad gününə həsr olunmuş “İSLAM DÜNYASININ MƏDƏNİ İRSİNİN QORUNMASI” mövzusunda SABAH qrupları, bakalavr və magistr tələbələrin Beynəlxalq elmi-praktiki konfransını keçirir.


QARA QARAYEV adına VI RESPUBLİKA ELMİ-İFAÇILIQ MÜSABİQƏSİ

ABİTURİYENTLƏRİN VƏ YUXARI SİNİF (V,VI,VII,VIII,IX,X) ŞAGİRDLƏRİNİN NƏZƏRİNƏ!


Elm və Təhsil Nazirliyinin SABAH (bakalavriat) qruplarında 2023/2024–cü tədris ilinin payız semestrində müxtəlif fənlərin tədrisini aparmaq məqsədilə vakant yerlər üçün professor-müəllim heyəti və mütəxəssislər saathesabı qaydada işə dəvət olunur!

29 dekabr 2023-cü il tarixindən etibarən beş həftə olmaqla, 2023-2024-cü il tədris ilinin payız semestr imtahan sessiyası təşkil olunur.


Rəfiqə Ehtiram qızı Quluzadə tərəfindən 6213.01 - “Musiqi sənəti” ixtisasında sənətşünaslıq elm sahəsi üzrə fəlsəfə doktoru elmi dərəcəsini almaq üçün təqdim edilən “Azərbaycan pianoçularının formalaşmasında XX əsr rus musiqisinin rolu” dissertasiya işinin elmi seminarı

Şanə Vüqar qızı Məmmədova tərəfindən 6213.01 - “Musiqi sənəti” ixtisasında sənətşünaslıq elm sahəsi üzrə fəlsəfə doktoru elmi dərəcəsini almaq üçün təqdim edilən “Azərbaycan musiqi mədəniyyəti kontekstində bəstəkar Vasif Allahverdiyevin yaradıcılığı” dissertasiya işinin elmi seminarı


Sevinc Məzahir qızı Quliyevanın “Azərbaycan bəstəkarlarının fortepiano yaradıcılığında milli üslub xüsusiyyətləri (aşıq musiqisi əsasında)” mövzusunda 6213.01 – “Musiqi sənəti” ixtisasında sənətşünaslıq üzrə fəlsəfə doktorluq dissertasiyasının müdafiəsi

Leyla Təhməz qızı Zalıyevanın “Azərbaycan bəstəkarlarının opera əsərlərində xormeyster iş üslubu və xor səhnələrinin həlli yolları” mövzusunda 6213.01 – “Musiqi sənəti” ixtisasında sənətşünaslıq üzrə fəlsəfə doktorluq dissertasiyasının müdafiəsi


"Azərbaycan cazı: tarix və müasirlik" mövzusunda dəyirmi masa
30 aprel 2024-cü il
Saat:13:00-15:00
Q.Qarayev adına Konfrans zalı

Qarabağın dirçəlişi – ekolayihələr

Müsabiqədə Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının tələbələri iştirak edəcəklər.


Təcrübə və karyera şöbəsinin təşkilatçılığı ilə 22 aprel-18 may 2024-cü il Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasında Tədris olunan ixtisaslar üzrə (yuxarı sinif şagirdləri, abituriyent, ixtisasartırma, məsləhət və s.) açıq qapı və ustad dərsləri günləri keçiriləcəkdir.


 Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyası "Simli alətlər" kafedrasının baş müəllimi Mina Aslanovanın 25 aprel 2024-cü tarixində Violino ixtisası üzrə açıq dərsi.
Otağ №208, saat: 15:00


 Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyası Ixtisas-fortepiano kafedrasının professoru, Əməkdar müəllim Laləxanım Rzayevanın 23 aprel 2024-cü il tarixində “Ifaçılıq sənətinin tarixi” fənni üzrə “K.Debüssi-pianizm” mövzusunda AÇIQ DƏRSİ
BMA-nın SABAH sinfində 23 aprel Saat 16:40


25 noyabr 2021-ci il tarixindən etibarən Azərbaycan Respublikası Prezidentinin müvafiq fərmanı ilə Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyində yaradılmış "Təhsil Tələbə Krediti Fondu"nun vəsaiti hesabına təhsil tələbə kreditlərinin verilməsi üçün elektron müraciətlərin qəbuluna başlanılmışdır.


Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyəti və "Mədəniyyət" kanalında təcrübə keçmək istəyən tələbələrin Bakı Musiqi Akademiyasının Tələbələrlə iş üzrə şöbəsinin mütəxəssisi İlahə Allahverdiyevaya müraciət etmələri xahiş olunur!


 

 

 

Bakı Musiqi Akademiyası

bir çox nailiyyətlər və qələbələr əldə edərək çətin yollar

keçmişdir:  milli musiqi mədəniyyətinin uğurlu inkişafına köməklik göstərmiş

və respublikadan uzaqlarda da rəğbət və hörmət qazanmışdır.

 

 

  • 1
  • 2

20 noyabr  2021-ci il

Azərbaycan musiqi tarixində maarifçilik təmayülləri  (XIX əsrin sonu – XX əsrin əvvəlləri)“Elm və hünərdən yadigar qoymaq yaxşıdır, nəinki mal və əmlakdan”

19-cu əsrin görkəmli mütəfəkkiri Mir Möhsüm Nəvvabın bu müdrik kəlamından göründüyü kimi elm və hünər sahibi olan insanların yaratdıqları sənət əsərləri xalqımıza mənəvi mirasdır – desək yanılmarıq.  Bildiyimiz elm xadimlərinin ərsəyə gətirdikləri bu mənəvi miras xalqımıza böyük bir töhfədir. Böyük fəxrlə demək olar ki, məhz bu yaxınlarda belə elm xadimlərindən Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının “Şifahi ənənəli Azərbaycan  professional musiqisi və onun yeni istiqamətlərinin tədqiqi: orqanologiya və akustika” elmi-tədqiqat laboratoriyasının müdiri, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Nuridə İsmayılzadənin Azərbaycan musiqi mədəniyyətinə bəxş etdiyi və işıq üzü görən monoqrafiyasını xüsusilə qeyd etmək lazımdır. 

Monoqrafiya Ü.Hacıbəyli adına BMA-nın Elmi Şurasının 28 aprel 2021-ci il tarixli qərarına əsasən çap olunmuşdur. Kitabın elmi redaktoru Elm və yaradıcılıq işləri üzrə prorektor, f.e.d., əməkdar incəsənət xadimi, professor G.Abdullazadə, elmi rəyçilər isə sənətşünaslıq elmləri doktoru, əməkdar incəsənət xadimi, professor İ.Əfəndiyeva və sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent R.Süleymanova olmuşlar.

4 fəsil və 8 bölmədən ibarət olan kitabda XX əsrin əvvəllərində Bakıda keçirilən qastrol konsertlərin peşəkar musiqi təhsilində inkişafı, 1900-1907-ci illəri əhatə etmiş Avropa və Rusiya musiqiçilərinin Bakıya qastrol səfərləri, böyük alqışlarla keçən bu konsertlərin Azərbaycan dinləyiciləri tərəfindən xüsusi rəğbətlə qarşılanmasından ətraflı məlumatlar verilir.  Burada klassik musiqiyə olan marağın artması, peşəkar musiqi təhsili verən kursların, məktəblərin açılması, Rusiya Konservatoriyasının müəllimlərinin Bakıda pedaqoji fəaliyyətləri də işıqlandırılmışdır. Bununla yanaşı dahi bəstəkarımız Üzeyir bəyin ilk bütün  Şərqdə yaradılan  operasının təşəkkülü və səhnəyə qoyulması haqda məlumatlar verilir. Bunu da qeyd etmək lazımdır ki, əldə olunan bütün tarixi mənbələr arxiv materiallarına əsaslanır. Bununla yanaşı dövrü mətbuatda dərc olunan məqalələrə istinadən verilmiş materiallar təhlil olunaraq oxuculara təqdim olunmuşdur. Məhz onu da qeyd etmək yerinə düşərdi ki, XX əsrin sonlarında Şuşada və Bakıda  keçirilən bu konsertlərin, musiqi axşamlarının nəinki Azərbaycanda, hətta onun hüdudlarından kənarda da məşhurlaşmaşı vurğulanır. Bu “Şərq konsertləri”ndə, “Müsəlman axşamları”nda xalq musiqisinin, aşıq musiqisinin təqdimatına geniş yer verilməsi xüsusilə qeyd olunur. XX əsrin əvvəllərində maarifçilik hərəkatı və onun inkişafı,  dövrü mətbuatın səhifələrində Azərbaycanda milli operanın yaranması və səhnəyə qoyulmasında “Nicat” cəmiyyətinin rolu və Azərbaycan musiqili teatrının fəaliyyəti, “Nicat” maarifçi cəmiyyətinin Üzeyir bəyin operasının səhnəyə qoyulmasında xüsusi rəyi, ümumiyyətlə, cəmiyyətin fəaliyyətinin Azərbaycan mədəniyyətindəki rolu haqda məqalələr dərc olunmuşdur. Bununla yanaşı həm də bir çox maarifçi cəmiyyətlərinin fəaliyyəti və “Z. və Ü. Hacıbəyov qardaşları müdiriyyəti” təşkilatının da musiqi mədəniyyətmizdəki inkişafı işıqlandırılmışdır. Belə ki, Bakının musiqi həyatında baş verən əsas hadisələr, qastrola gəlmiş məşhur artistlərin təqdim etdikləri opera tamaşaları və ifaçıların konsert proqramları haqqında məlumat verilir. Artıq təkcə Rusiyanın iri şəhərlərindən deyil, Avropanın nüfuzlu mədəniyyət mərkəzlərindən Varşavadan, Milandan Bakıya konsert səfərlərinə gəlmiş məşhur musiqiçilərin və dirijorların iştirakı Azərbaycan dinləyicilərinin danyagörüşünə və musiqi mədəniyyətinə marağının artması ilə təsdiqlənirdi. 

Monoqrafiya bütün təhsil ocaqlarında təhsil alan tələbələr və müəllim heyəti üçün nəzərdə tutulmuşdur. Ümumiyyətlə, Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının 100 illiyinə həsr olunmuş monoqrafiyalaradan biridir və onun dərc olunması  musiqi ictimaiyyəti üçün böyük  töhfədir.   

 Nəsirova Fidan

Ü.Hacıbəyli adına Elmi-tədqiqat laboratoriyasının

elmi işçi

 

Bakı Musiqi Akademiyasında məzun günü.

  • Elektron təhsil resursları

    Elektron təhsil resursları

    Bu dərs vəsaitlərinin əsas fərqləndirici xüsusiyyəti – Azərbaycan musiqi təhsili ənənələrinin, bu sahədə çalışan müəllimlərin və tələbələrin zəngin təcrübəsinin, ən yeni kompüter texnologiyaları ilə uzlaşdırılmasından ibarətdir...

    Daha ətraflı

  • Musiqiçilər gülür

  • Dostluq şarjları


Bu bölmə Azərbaycan musiqiçilərinin incə yumoruna həsr olunub. Parlaq hazırcavablıq, əyləncəli paradokslar, gülməli vəziyyətlər, həyatda baş verən maraqlı hadisələr - bütün bunlar burada xatirələr vasitəsilə öz əksini tapır, onlarla təmasda olan hər kəsə çoxlu şən dəqiqələr yaşadır.
Daha ətraflı

Musiqi anı

- Atacan, mənə baraban al!
- Oğlum, imkan ver dincəlim, işimdə barabansız da o qədər səs-küy var ki.
- Atacan, al! Mən barabanda ancaq sən yatandan sonra çalacağam.
Daha ətraflı