Bakı Musiqi Akademiyası
previous arrowprevious arrow
next arrownext arrow
Shadow
Slider

 

Tarix və müasirlik

 



Azərbaycan Respublikası Prezidentinin Sərəncamları


FƏLSƏFƏ DOKTORU İMTAHANLARININ PROQRAMLARI

AZƏRBAYCANIN REGİONLARI ÜÇÜN MƏKTƏB-STUDİYANIN 2021-2022-ci TƏDRİS İLİNDƏ PULSUZ ONLAYN USTAD DƏRSLƏRİ


Ali məktəb, musiqi kollecləri, incəsənət məktəbləri, VII və XI illik uşaq musiqi məktəblərinin müəllimləri üçün MÜƏLLİMLƏRİN İXTİSASARTIRMASI ÜZRƏ (ƏYANİ VƏ DİSTANT)
P R O Q R A M
təyin edilmişdir.

“MS Teams” və “Cisco Webex” təlimat sessiyaları


Koreya Respublikası Təhsil Nazirliyi yanında Beynəlxalq Təhsil üzrə Milli İnstitutu (BTMİ) 2022-ci il üçün xarici tələbələrə bakalavr pilləsi üzrə “Global Koreya Təqaüd Proqramı”nı elan etmişdir.

Elan!

Müəllim və tələbələrin nəzərinə!


Azərbaycan İslam İnkişaf Bankı 2021-2022-ci illər üzrə Təqaüd Proqramı elan etmişdir.

100 illik yubiley tədbirləri çərçivəsində Ü.Hacıbəyli adına BMA-sı bəstəkar AZƏR DADAŞOVUN 75-illiyi ilə əlaqədar "AZƏR DADAŞOVUN əsərlərinin ən yaxşı ifaçısı" V Beynəlxalq Fortepiano Müsabiqəsini elan edir


Violin ifaçılarının nəzərinə!

2021-ci il 4-5 noyabr tarixlərində Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası “ŞƏRQ VƏ QƏRB MUSİQİ MƏDƏNİYYƏTLƏRİNİN DİALOQU” mövzusunda beynəlxalq əyani/qiyabi elmi-praktiki konfrans keçirir.


4-5 ноября 2021 г. Бакинская Музыкальная Академия имени Узеира Гаджибейли проводит Международную научно-практическую очно/заочную конференцию «ДИАЛОГ МУЗЫКАЛЬНЫХ КУЛЬТУР ВОСТОКА И ЗАПАДА».

On November 4-5, 2021, the Baku Music Academy named after Uzeyir Hajibeyli is holding the International scientific-practical full-time / correspondence conference "DIALOGUE OF MUSICAL CULTURES OF EAST AND WEST".


Bakı Musiqi Akademiyasının Tarix-nəzəriyyə fakültəsi “Vətən savaşında tarixi zəfər” mövzusuna həsr olunmuş sərbəst yazı işi müsabiqəsi elan edir!

Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının 100-illiyinə həsr olunur

KONSERT


Bakı Musiqi Akademiyasının Tarix-nəzəriyyə fakültəsi “Videoçarxların yarışı” müsabiqəsini elan edir!

Leyla Ramiz qızı Zöhrabovanın “Azərbaycan xalq mahnılarının tədqiqi məsələləri” adlı elmlər doktorluq dissertasiyasının müdafiəsi


"Zəfər günü"

konsert

"JAZZERY VOİCES" silsiləsi çərçivəsində İrina Ebralidzenin iştirakilə ustad-dərsi (Gürcüstan) 1 noyabr 2021-ci il tarixində saat 13:00-da BMA-nın Q.Qarayev adına Konfrans salonunda keçiriləcəkdir.


 

 

 

Bakı Musiqi Akademiyası

bir çox nailiyyətlər və qələbələr əldə edərək çətin yollar

keçmişdir:  milli musiqi mədəniyyətinin uğurlu inkişafına köməklik göstərmiş

və respublikadan uzaqlarda da rəğbət və hörmət qazanmışdır.

 

 

  • 1
  • 2

8 oktyabr 2021-ci il

8 oktyabr, 2021-ci il tarixində Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının 100 illik yubileyinə həsr olunmuş tədbirlər çərçivəsində Azərbaycan Dövlət İqtisad Universitenin professor, müəllim və tələbə heyəti ilə Görüş-konsert keçirilmişdir.

Qeyd etmək lazımdır ki, Musiqi Akademiyasının 100 illik yubileyi çərçivəsində Azərbaycan, o cümlədən, xarici ölkə universitetləri ilə tez-tez görüş-konsertlər keçirilir.

Konsertin dirijorları Azərbaycanın xalq artisti Yalçın Adıgözəlzadə və Əməkdar artist Fuad İbrahimov olmuşdur.

Öncə Azərbaycanın Xalq artisti, professor Zəhra Quliyeva konsertə giriş sözü ilə çıxış edərək Azərbaycan Dövlət İqtisad Universitetinin professor, müəllim və tələbə heyətini salamlayaraq onlara bu il 100 illik şanlı yubileyini qeyd edən Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası, onun yaranma tarixi, inkişaf yolu haqqında məlumat verib. Daha sonra səhnəyə İqtisad Universitetinin əməkdaşı Ramil Cabbarov dəvət olunub və o, təhsil müəssisəsinin rektoru Ədalət Muradovun Bakı Musiqi Akademiyasının yubileyi münasibətilə ünvanladığı təbrik mətnini səsləndirib. Bundan sonra Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik orkestrinin ifasında konsert proqramı açıq elan edilib.

Konsert Ü. Hacıbəylinin “Koroğlu” operasından Üverturanın səsləndirilməsi ilə başlanıb. Görüş-konsertdə həmçinin Azərbaycanın Əməkdar artisti Samir Cəfərovun ifasında dahi Ü. Hacıbəylinin “Sevgili canan” qəzəl-romansı, C. Puççininin “Toska” operasından Kavaradossinin ariyası, Azərbaycanın Xalq artistləri Yeganə Axundova və Murad Hüseynovun ifasında fransız bəstəkarı F. Pulenkin iki fortepiano və simfonik orkestr üçün Konsertinin III hissəsi, o cümlədən, Əməkdar artist, Bakı Musiqi Akademiyasının baş müəllimi İlham Nəzərovun təqdimində G. Hendelin “Rinaldo” operasından Armilenanın ariyası səsləndirilib.

Konsertin davamında dinləyicilərə Azərbaycanın Xalq artistləri Fərhad Bədəlbəyli və Murad Adıgözəlzadənin ifasında görkəmli rus bəstəkarı Sergey Raxmaninovun iki fortepiano və orkestr üçün süita əsəri təqdim olunub (işləməsi A. Varenberq, III-IV hissələr). İfa dinləyicilərin gurultulu alqışları ilə qarşılanıb.

Görüş-konsertin davamında Xalq artisti F. Bədəlbəyli 44 günlük Vətən müharibəsi və şanlı Zəfər haqqında danışıb və dinləyiciləri əslən Şuşalı olan, Əməkdar artist Fuad İbrahimovun dirijorluğu altında Fikrət Əmirovun “Azərbaycan kapriççiosu” əsərini dinləməyə dəvət edib. İfa dinləyicilərin böyük maraq və rəğbəti ilə qarşılanıb və bununla da Musiqi Akademiyasının 100 illik yubiley tədbirləri çərçivəsində Azərbaycan Dövlət İqtisad universitetinin professor, müəllim və tələbə heyəti üçün Görüş-konsert başa çatıb.

Bakı Musiqi Akademiyasında məzun günü.

  • Elektron təhsil resursları

    Elektron təhsil resursları

    Bu dərs vəsaitlərinin əsas fərqləndirici xüsusiyyəti – Azərbaycan musiqi təhsili ənənələrinin, bu sahədə çalışan müəllimlərin və tələbələrin zəngin təcrübəsinin, ən yeni kompüter texnologiyaları ilə uzlaşdırılmasından ibarətdir...

    Daha ətraflı

  • Musiqiçilər gülür

  • Dostluq şarjları


Bu bölmə Azərbaycan musiqiçilərinin incə yumoruna həsr olunub. Parlaq hazırcavablıq, əyləncəli paradokslar, gülməli vəziyyətlər, həyatda baş verən maraqlı hadisələr - bütün bunlar burada xatirələr vasitəsilə öz əksini tapır, onlarla təmasda olan hər kəsə çoxlu şən dəqiqələr yaşadır.
Daha ətraflı

Musiqi anı

- Atacan, mənə baraban al!
- Oğlum, imkan ver dincəlim, işimdə barabansız da o qədər səs-küy var ki.
- Atacan, al! Mən barabanda ancaq sən yatandan sonra çalacağam.
Daha ətraflı