Image Slider 2
Image Slider 1
Bakı Musiqi Akademiyası
Image Slider 3
4.jpg
5.jpg
6.jpg
previous arrowprevious arrow
next arrownext arrow
Shadow

 

Tarix və müasirlik

 



Azərbaycan Respublikası Prezidentinin Sərəncamları


FƏLSƏFƏ DOKTORU İMTAHANLARININ PROQRAMLARI

AZƏRBAYCANIN REGİONLARI ÜÇÜN MƏKTƏB-STUDİYANIN 2021-2022-ci TƏDRİS İLİNDƏ PULSUZ ONLAYN USTAD DƏRSLƏRİ


Cari ildə ikinci ixtisas olaraq, əlavə təhsil almaq istəyənlər qeyd olunan elektron ünvandan qeydiyyatdan keçə bilərlər!

Elan!

Müəllim və tələbələrin nəzərinə!


ORTA İXTİSAS MUSİQİ MƏKTƏB-STUDİYASINA MƏKTƏBƏQƏDƏR VƏ KİÇİK YAŞLI MƏKTƏBLİ UŞAQLARIN QƏBULU ÜÇÜN ÖDƏNİŞSİZ HAZIRLIQ KURSLARI TƏŞKİL EDİR

БАКИНСКАЯ МУЗЫКАЛЬНАЯ АКАДЕМИЯ ОРГАНИЗУЕТ БЕСПЛАТНЫЕ ПОДГОТОВИТЕЛЬНЫЕ КУРСЫ ДЛЯ ДЕТЕЙ ДОШКОЛЬНОГО И МЛАДШЕГО ШКОЛЬНОГО ВОЗРАСТА ДЛЯ ПОСТУПЛЕНИЯ В СРЕДНЮЮ СПЕЦИАЛЬНУЮ МУЗЫКАЛЬНУЮ ШКОЛУ-СТУДИЮ


Ali məktəb, musiqi kollecləri, incəsənət məktəbləri, VII və XI illik uşaq musiqi məktəblərinin müəllimləri üçün MÜƏLLİMLƏRİN İXTİSASARTIRMASI ÜZRƏ (ƏYANİ VƏ DİSTANT)
P R O Q R A M
təyin edilmişdir.

İxtisas imtahanının proqram tələbləri


Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası aşağıdakı kafedralarda vakant yerləri tutmaq üçün müsabiqə elan edir

2024-cü il 7-8 may tarixində Ü.Hacıbəyli adına BMA-ı Ümummilli lider Heydər Əliyevin ad gününə həsr olunmuş “İSLAM DÜNYASININ MƏDƏNİ İRSİNİN QORUNMASI” mövzusunda SABAH qrupları, bakalavr və magistr tələbələrin Beynəlxalq elmi-praktiki konfransını keçirir.


QARA QARAYEV adına VI RESPUBLİKA ELMİ-İFAÇILIQ MÜSABİQƏSİ

ABİTURİYENTLƏRİN VƏ YUXARI SİNİF (V,VI,VII,VIII,IX,X) ŞAGİRDLƏRİNİN NƏZƏRİNƏ!


Elm və Təhsil Nazirliyinin SABAH (bakalavriat) qruplarında 2023/2024–cü tədris ilinin payız semestrində müxtəlif fənlərin tədrisini aparmaq məqsədilə vakant yerlər üçün professor-müəllim heyəti və mütəxəssislər saathesabı qaydada işə dəvət olunur!

29 dekabr 2023-cü il tarixindən etibarən beş həftə olmaqla, 2023-2024-cü il tədris ilinin payız semestr imtahan sessiyası təşkil olunur.


Rəfiqə Ehtiram qızı Quluzadə tərəfindən 6213.01 - “Musiqi sənəti” ixtisasında sənətşünaslıq elm sahəsi üzrə fəlsəfə doktoru elmi dərəcəsini almaq üçün təqdim edilən “Azərbaycan pianoçularının formalaşmasında XX əsr rus musiqisinin rolu” dissertasiya işinin elmi seminarı

Şanə Vüqar qızı Məmmədova tərəfindən 6213.01 - “Musiqi sənəti” ixtisasında sənətşünaslıq elm sahəsi üzrə fəlsəfə doktoru elmi dərəcəsini almaq üçün təqdim edilən “Azərbaycan musiqi mədəniyyəti kontekstində bəstəkar Vasif Allahverdiyevin yaradıcılığı” dissertasiya işinin elmi seminarı


Sevinc Məzahir qızı Quliyevanın “Azərbaycan bəstəkarlarının fortepiano yaradıcılığında milli üslub xüsusiyyətləri (aşıq musiqisi əsasında)” mövzusunda 6213.01 – “Musiqi sənəti” ixtisasında sənətşünaslıq üzrə fəlsəfə doktorluq dissertasiyasının müdafiəsi

Leyla Təhməz qızı Zalıyevanın “Azərbaycan bəstəkarlarının opera əsərlərində xormeyster iş üslubu və xor səhnələrinin həlli yolları” mövzusunda 6213.01 – “Musiqi sənəti” ixtisasında sənətşünaslıq üzrə fəlsəfə doktorluq dissertasiyasının müdafiəsi


"Metodika və Xüsusi Pedaqoji Hazırlıq" kafedrasının İxtisas musiqi məktəb-studiyası şagirdləri ilə açıq dərsləri
19 aprel 2024-cü il
Saat:17:00 Kiçik zalı

Qarabağın dirçəlişi – ekolayihələr

Müsabiqədə Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının tələbələri iştirak edəcəklər.


 Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyası "Nəfəs və zərb alətləri" kafedrasının dosenti Orxan Zeynalının 19 aprel 2024-cü tarixində "Fleyta" ixtisası üzrə açıq dərsi.
Otaq №405, saat: 13:00


 Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyası "Musiqi nəzəriyyəsi" kafedrasının dosenti Aliyə Məmmədovanın  19 aprel 2024-cü tarixində "Harmoniya" fənni üzrə açıq dərsi.
Səsyazma otağı, saat: 16:40


25 noyabr 2021-ci il tarixindən etibarən Azərbaycan Respublikası Prezidentinin müvafiq fərmanı ilə Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyində yaradılmış "Təhsil Tələbə Krediti Fondu"nun vəsaiti hesabına təhsil tələbə kreditlərinin verilməsi üçün elektron müraciətlərin qəbuluna başlanılmışdır.


Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyəti və "Mədəniyyət" kanalında təcrübə keçmək istəyən tələbələrin Bakı Musiqi Akademiyasının Tələbələrlə iş üzrə şöbəsinin mütəxəssisi İlahə Allahverdiyevaya müraciət etmələri xahiş olunur!


 

 

 

Bakı Musiqi Akademiyası

bir çox nailiyyətlər və qələbələr əldə edərək çətin yollar

keçmişdir:  milli musiqi mədəniyyətinin uğurlu inkişafına köməklik göstərmiş

və respublikadan uzaqlarda da rəğbət və hörmət qazanmışdır.

 

 

  • 1
  • 2

1 iyun 2021-ci il

Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının “Şifahi ənənəli Azərbaycan professional musiqisi və onun yeni istiqamətlərinin tədqiqi: Orqanologiya və Akustika” elmi - tədqiqat laboratoriyasında  onlayın rejimdə növbəti seminar keçirilmişdir.

Seminarda  elmi-tədqiqat laboratoriyasının aparıcı elmi işçisi, Azərbaycan Respublikası Bəstəkarlar İttifaqının İdarə Heyətinin üzvü, bəstəkar Rüfət Ramazanov  “Xor musiqisinin tarixi və onun Azərbaycanda inkişaf mərhələləri”  adlı elmi məruzəsi ilə çıxış etmişdir.

Məruzəçi qədim tarixi inkişaf mərhələlərinə malik olan xor mədəniyyətinin təzahürü və dünya xalqlarının musiqisində geniş vüsət tapmasından danışarkən, olduqca maraqlı tarixi faktlara əsaslanmışdır. Qədim Yunan, Bizans  xor mədəniyyətləri və daha sonra orta əsrlərdə Qərbi Avropa ölkələrinin professional xor sənəti haqqında ətraflı məruzə edən Rüfət Ramazanov, eyni zamanda da, kotolik kilsələrində səslənən xor musiqisini də araşdıraraq seminar iştirakçılarının nəzərinə çatdırmışdır.

Daha sonra məruzəçi xor musiqisnin Azərbaycanda inkişaf mərhələləri haqqında müfəssəl məlumat vermişdir. Azərbaycanda ilk xor mədəniyyətinin banisi dahi Üzeyir Hacıbəyli olduğunu vurğulayan məruzəçi, 1926-cı ildə Azərbaycan Dövlət Konservatoriyasında ilk çoxsəsli Azərbaycan xorunun da yaradılmasının məhz Üzeyir bəyə məxsus olduğunu qeyd etdi. Xor musiqisi daha sonralar müxtəlif nəsil Azərbaycan bəstəkarlarının yaradıcılıqlarında yüksək professionallıqla öz parlaq təcəssümünü tapmışdır deyən məruzəçi Rüfət Ramazanov, müasir dövrün xor musiqisi haqqında məlumat verərək  müxtəlif nümunələrlə seminarını davam etdirmişdir.

Məruzəçi bəstəkar Rüfət Ramazanov seminarın sonunda öz yaradıcılığına müraciət edərək Y.İmrənin sözləri əsasında qələmə aldığı “Zərrələr” qarışıq a kapella xoru üçün silsiləsini  və  İ.Nəsiminin sözlərinə  “İki qəzəl” qarışıq a kapella xoru üçün yazılmış əsərlərinin video yazısını  seminar iştirakçılarının nəzərinə çatdırdı.

Seminarın sonunda  çıxış edən elmi –tədqiqat laboratoriyasının müdiri, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Nuridə İsmayılzadə məruzəçinin çıxışını yüksək qiymətləndirərək, xüsusilə dinləmək üçün təqdim olunan bəstəkarın öz yaradıcılığına müraciət etməsini alqışlayaraq, əsərlərin Azərbaycan xor musiqisinnin dəyərli nümunələri olduğunu vurğuladı.  Elmi seminar və dinlənilən əsərlər haqqında müxtəlif dəyərli fikirlər söyləyən elmi-tədqiqat laboratoriyasının əməkdaşları: Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi, professor Arif Əsədullayev, aparıcı elmi işçi, sənətşünaslıq üzrə fəlsəfə doktoru İmina Əliyeva, böyük elmi işçi Zeynal İsayev, elmi işçi Fidan Nəsirova, elmi işçi Nigar Bayramova və digərləri tərəfindən mövzu ətrafında suallar verilərək maraqlı diskussiyalar aparıldı.

  

                                                                                        Mehparə Rzayeva
Sənətşünaslıq üzrə fəlsəfə doktoru

Bakı Musiqi Akademiyasında məzun günü.

  • Elektron təhsil resursları

    Elektron təhsil resursları

    Bu dərs vəsaitlərinin əsas fərqləndirici xüsusiyyəti – Azərbaycan musiqi təhsili ənənələrinin, bu sahədə çalışan müəllimlərin və tələbələrin zəngin təcrübəsinin, ən yeni kompüter texnologiyaları ilə uzlaşdırılmasından ibarətdir...

    Daha ətraflı

  • Musiqiçilər gülür

  • Dostluq şarjları


Bu bölmə Azərbaycan musiqiçilərinin incə yumoruna həsr olunub. Parlaq hazırcavablıq, əyləncəli paradokslar, gülməli vəziyyətlər, həyatda baş verən maraqlı hadisələr - bütün bunlar burada xatirələr vasitəsilə öz əksini tapır, onlarla təmasda olan hər kəsə çoxlu şən dəqiqələr yaşadır.
Daha ətraflı

Musiqi anı

- Atacan, mənə baraban al!
- Oğlum, imkan ver dincəlim, işimdə barabansız da o qədər səs-küy var ki.
- Atacan, al! Mən barabanda ancaq sən yatandan sonra çalacağam.
Daha ətraflı