• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    Kərimova Neylüfər İbad qızı

    Dosent, Əməkdar müəllimi

    Doğum yeri və tarixi: Azərbaycan, Bakı şəh.1.08.1955

    Təhsil: BülBül adına orta ixtisas məktəbi-fortepiano şöbəsi (1962-74), Azərbaycan Dövlət Konservatoriyasını fortepiano və orqan fakultələri (1974-1979)

    Pedaqoji fəaliyyəti: 22 saylı musiqi məktəbində müəllim(1973), Bakı şəhər Mədəniyyət İdarəsinin İncəsənət və Təhsil şöbəsində inspektor(1988), Azərbaycan Dövlət Musiqi Akademiyasında müəllim (1994), baş müəllim (2002), dosent (2006), Azərbaycan Respublikasının Əməkdar müəllimi ( 2009), Bakı Xoreoqrafiya məktəbinin direktoru (2000-2015).

    Elmi fəaliyyəti: Bakı şəhər Mədəniyyət İdarəsində işlədiyi müddət ərzində ənənəvi olaraq 1992-ci ildən 2000-ci ilədək «Qönçə» Uşaq festivalının keçirilməsində,1993-cü ildən 1999-cu ilədək H.Məmmədov adına tar və kamança ixtisasları üzrə gənc istedadların müsabiqəsinin, fortepiano və skripka ixtisası üzrə I və II ümumşəhər müsabiqəsinin, Q.Qarayevin 80 illik yubileyinə həsr edilmiş musabiqə və Bakı şəhəri çərçivəsində musiqi bayramının, «Beynəlxalq Uşaq Günü»nə həsr olunmuş dövlət tədbirlərinin, 2003-cü ildən hal-hazıradək Q.Almaszadə adına «Gənc Xoreoqrafların» müsabiqəsinin təşəbbüsçüsü və təşkilatçısı olmuşdur