• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    Dilbazi Minirə Xulusi qızı

    Kafedra müdiri, professor

    Doğum yeri və tarixi: Azərbaycan, Bakı şəhəri, 9.04.1937

    Təhsil: 1952-1955 -Gəncə şəh, musiqi texnikumu “fortepiano” şöbəsi ;:fərqlənmə diplomu,
    1955-1960 illər Ü. Hacıbəyli adına Azərb. Dövlət Konservatoriyasının (indikiBMA) “Fortepiano” fakültəsi.

    Pedaqoji fəaliyyəti: 1961-ci ildən Ü. Hacıbəyli adına BMA-nın «Ümumi fortepiano» kafedrasında müəllim, baş müəllim (1970), Sənətşünaslıq namizədi (1982), dosent (1988), professor, kafedra müdiri (1993) vəzifəsində çalışır. Azərbaycan Respublikasının Əməkdar müəllimi (2008).
    1975-1980-ci ildə Azərbaycan SSRİ Elmlər Akademiyasının dissertantı (Elmi rəhbər-sənətşünaslıq doktoru, professor A.N.Dmitriyev – Leninqrad şəhəri).
    1982-ci ildə Moskva şəhərində Ümumittifaq Sənətşünaslıq üzrə Elmi-Tədqiqat İnstitutunda “Bakının musiqi həyati” (XIX əsrin II yarısı,-XX əsrin əvvəlləri) mövzusunda namizədlik dissertasıyasını müdafiə etmişdir.

    Elmi fəaliyyəti: 60-dan çox nəşr olunmuş işlərin: 2 monoqrafiyanin, dərs və metodik vəsaitlərin, ali və orta ixtisas musiqi məktəbləri üçün tədris proqramlarının, bir çox elmi, elmi-metodiki məqalə və tövsiyyələrin müəllifidir.
    İki monoqrafiyası – «İz muzıkalğnoqo proşloqo Baku» (İşıq, Bakı- 1985, 136 s.) və «Bakının musiqi həyatı» (XIX əsrin ikinci yarısı-XX əsrin əvvəlləri) – (Mütərcim nəşriyyatı, Bakı – 2007, 256 s.) böyük nəzəri və praktiki əhəmiyyət kəsb edir və Azərbaycan musiqi tarixi və pianizmi tarixi fənninin tədrisində vəsait kimi geniş istifadə olunur.
    Rayonlarda keçirilmiş məruzə-konsertlər yerli qəzetlərdə dəfələrlə qeyd edilmişdir və buna görə M.Dilbazi və tələbələr bir çox Fəxri Fərmanlarla da təltif olunmuşlar.
    «Müxtəlif ixtisaslı peşəkar-musiqiçilərin formalaşmasında ümumi fortepiano kursunun rolu və əhəmiyyəti» adlı I Ümumrespublika elmi-metodiki konfransı keçirmişdir. (1994)
    İşlədiyi dördə onun sinfini 500 nəfərdən çox tələbə bitirmişdir.Onun tələbələri sırasında Xalq artisti, Əməkdar incəsənət xadimi, Əməkdar artist adına layiq görülənlər, beynəlxalq müsabiqələr laureatları, sənətşünaslıq doktoru və namizədləri var. Müəllimlərin və Müstəqil Azərbaycan Qadınları I qurultayının nümayəndəsi seçilmişdir. Haqqında “Azərbaycan Qadını ensiklopediyası” (Bakı, 2002) və “XX əsr Azərbaycan qadınları” ensiklopedik nəşrində (II toplu) məqalələr verilmişdir.
    e-mail: minira.dilbazi@ yandex.ru