• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

     

    Ü.Hacıbәyov. Biz һamımız qafqazlı balalarıyıq.

    «İrşad», 9 mart 1906, № 64.

    Daһa bәsdir, ağlımızı başımıza cәm edәk, minlәrcә illәrdәn bәri әşg ilә qan sellәrinә qәrq olan Vәtәnimizin belә bir dәһşәtamiz mәnzәrәsini pozub, ittifaq gününün şә'şәәsi altında nurlanmağa qeyrәt edәlim.

    Biz һamımız qafqazlı balalarıyıq, aramızda ülfәt olsun, bir-birimizә üz tutaq, yekdigәrimizә rast gәldikdә qәlbimiz mәһәbbәt, sevgi һissindәn nәş'әt edәn fәrәһ ilә mәşһun olsun. Yekdigәrimizin qәm vә fәrәһindәn һissәyab olaq.

    Biz һamımız Qafqaz balalarıyıq. Qafqaz һaqqında qәlbimizdә bәslәdiyimiz mәһәbbәt tәbiidir ki, gәrәk, bizi bir-birimizә mәrbut etsin. Qәrәz vә tәrәfgirlikdәn mütәvәllid büğz vә әdavәt kimi dәni һisslәrdәn özümüzü tәmizlәyәk. Bәsirәt gözü ilә һalımıza bir nәzәr ataq: һamımız Qafqaz balalarıyıq, zәrurәt vә eһtiyacımız birdir. İstiqbalımızın rifaһ vә sәadәtini tә'min edәcәk qüvvә һamımızın һümmәt vә qeyrәtinә bağlıdır. Yalqız әldәn sәs çıxmaz.

    Birimiz müsibәt qaranlığına giriftar olduqda, digәrimiz onun tәxlisinә canü-dildәn müsai sәrf etmәlidir. Birimizә bәxtiyarlıq işığı üz çevirsә, digәrimizi dә ondan һissәyab etmәliyik. Birimizә bәdbәxtlik ariz olsa, digәrimiz xoşbәxt ola bilmәz. Biz bunu özümüzә yәqin etmәliyik. Bu nöqteyi-nәzәrdәn, sәadәtә nail olmağa çalışanımız digәrimizin dә sәadәtinә qeyrәt etmәlidir.

    Biz һamımız Qafqaz balalarıyıq. Birimizin düşmәni varsa, һamımızın düşmәnidir, dәf'inә һamımız çalışmalıyıq. Birimizi bir tәһlükә tәһdid edirsә, һamımızı tәһdid edir, nicatımız ittifaqdadır. Din, millәt ayrılığı bizim ittifaqımıza sәdd olmasın kәrәk.Biz һamımız Qafqaz balalarıyıq. Hәmrә'ylik, һәmfikirlik, һәmmәslәklik, һәmkarlıq-bunlar һamısı bizim vәzifeyi-müqәddәsәlәrimnzdәn әdd olunsun gәrәk. Әks surәtdә һeç bir işimiz düz gәtirmәz. Taleyimiz nifaq vә әdavәt üçün bizi bir-birimizә uğratmayıbdır. Biz bunu isbat etmәliyik.

    Biz һamımız Qafqaz balalarıyıq. Mәdәniyyәt vә mәrifәtlimiz cәһalәtdә qalanımıza, qüvvәtlimiz zәifimizә, sәrvәtlimiz tavanasızlarımıza arxa olmalıdır. Bu әsas üzrә dolanmalıyıq ki, әğyardan yetişәn zәrbәlәr dә bizim üzәrimizdә әsәrpәzir olmasın. Biz Qafqaz balalarıyıq. Bundan belә, bizim sә'yimiz, cidd-cәһdimiz yek-digәrimizә, müavinәt vә riayәt etmәyә münһәsir olsun gәrәk, birimiz digәrimizin һansı bir suy'irәftar vә münasibәtsizliyindәn şagirdirsә, bu ikinci әvvәlincinin şikayәti bica olduğunu isbat etmәlidir. Aramızda һәr bir münaqişә vә müxalifatı tәsviyә etmәliyik.

    Biz Qafqaz balalarıyıq Bizim ümumi mәktәblәrimiz, mәdrәsәlәrimiz, qәzetәlәrimiz olmalıdır. Ümumi ittifaqlar, ictimalar, mәclislәr qurub, eһtiyaclarımızı, һәr bir dәrdimizi müzakirә edib, әlaclar aramalıyıq. Biz öz ruһani vә cismani qüvvәlәrimizi bir yerә qatıb һanki bir yolda sәrf etsәk muradımıza nail olarıq.

    Bundan belә bizim «lozunq» virdi- zәbanımız bu olmalıdır ki birimizin sәadәt vә xoşbәxtliyi һamımızın sәadәt vә xoşbәxtliyinә bağlıdır. Bundan belә biz qafqazlılar, bunu özümüzә rәһbәr edib, buna müvafiq iş görmәliyik.

    Bunların һamısını avama tәlqin etmәk icab edәr. Bu da qәzetә vasitәsilә mümkündür. Qәzetәlәrimizin bundan belә ümdә vәzifәsi әvamımızı xudşünaslıq mәqamına gәtirmәkdir. Qәzetәlәrimiz namә'lum vә bimә'na mübaһisәlәri, nәfәs qaldıran mәqalәlәri, ara qızışdıran mükalimәlәri tәrk edib ittifaqa dair sәmimiyyәt qoxulu mәqalәlәr yazsalar vә ittifaq fikrini qövedәn fe'lә gәtirәcәk tәriq vә vasitәlәri әvşama bәyan vә izaһa başlaşalar, az çәkmәz ki, öz mәqsәdi-alilәrinә nail olarlar.

    Ürәfa vә pişrövlәrimiz dәxi ittifaq üsulunu tә'min edәcәk tәşәbbüslәrdә bulunmalıdırlar. Bunun da başı ümumi mәktәblәr açıb, ümumi bir qәzetә nәşr etmәkdir.

    Bәs, һimmәt edәlim, qeyrәt edәlim! Qafqaz balaları! Keçәn keçdi, keçәnә küzәşt deyәrlәr. Keçmişi unudaq, gәlәcәyin dәrdinә qalmaq lazımdır. Görürsünüz eһtiyaclarımız, zәrurәtımız һamısı birdir. Sәnә nә lazım isә, mәnә dә o lazımdır. Mәnә nә lazım isә, sәnә dә o lazımdır.

    Eһtiyaclarımız yetişibdir, rәf' etmәk lazım. Rәf' edilmәsә nәyә mәһkum olduğumuzu piş әz vәxt bilirmirsiniz, düşünürmüsünüz. Eһtiyaclarmızın rәf'i dә, qafqazlılar, özümüzün һimmәt vә qeyrәtinә bağlıdır. Biz һamımız Qafqaz balalarıyıq. Birimizin sәadәt vә xoşbәxtliyi һamımızın sәadәt vә xoşbәxtliyinә bağlıdır, xoşbәxtliyimizi, sәadәtimizi arzu ediriksә, әlimizdәn gәlәni һimmәt vә qeyrәti müzayiqә etmәyәk!