• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    Tarix-nəzəriyyə fakültəsi

    Musiqi tarixi kafedrası. Tarix

    “Musiqi tarixi” kafedrası Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının tədris fəaliyyətində mühüm yer tutur. O, gənc musiqiçilərin estetik baxışlarının və bədii zövqün formalaşmasında önəmli rol oynayır.

    Məhz musiqi tarixi dərslərində BMA-nın tələbələri bir başa musiqi sənətinin bu və ya digər “qəhrəmanları” ilə tanış olurlar, eyni zamanda, onlar müəyyən tarixi dövrün, cərəyan, istiqamətin, bəstəkar üslubunun bədii özünəməxsusluğunu dərk etmək imkanı əldə edirlər.        

    “Musiqi tarixi” kafedrası 1955-ci ildə yaranmışdır. Təbii ki, bu ildən başlayaraq kafedranın fəaliyyəti məqsədyönlü şəkildə dəyişir. 1955-1956-cı illərdə kafedranın rəhbəri Ə.Abbasov olmuşdur, 1956-cı ildən başlayaraq uzun müddət onu rəhbəri D.X.Danilov, sonralar bu vəzifədə çalışanlar A.Tağızadə və N.Mehdiyeva olublar. Hal-hazırda kafedranın müdiri Ülviyyə İmanovadır.            

    Ardını oxu...

     


     

    Müəllimlər siyahısı

    İmanova Ülviyyə 

    Kafedra müdiri, professor, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Əməkdar müəllim

     Axundova-Dadaşzadə Zümrüd

     Professor, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Əməkdar incəsənət  xadimi

     Həsənova Şəhla

     Professor, sənətşünaslıq üzrə elmlər doktoru, Əməkdar incəsənət  xadimi

     Qafarova Zemfira

    Professor, sənətşünaslıq üzrə fəlsəfə doktoru, prezident təqaüdçüsü, Əməkdar incəsənət  xadimi

    Nəsirova Könül

    Professor, sənətşünaslıq üzrə fəlsəfə doktoru

     Adilova Ayanda

     Dosent, sənətşünaslıq üzrə fəlsəfə doktoru

     Ələsgərli Kəmalə

     Dosent, sənətşünaslıq üzrə fəlsəfə doktoru

    Həsənzadə Xatirə

    Dosent, sənətşünaslıq üzrə fəlsəfə doktoru

    Məmmədova Kəminə

    Dosent, sənətşünaslıq üzrə fəlsəfə doktoru

    Pazıçeva İnna

    Dosent, sənətşünaslıq üzrə fəlsəfə doktoru

    Səfərəlibəyova Rəna

    Dosent, sənətşünaslıq üzrə fəlsəfə doktoru

    Babayeva Minaxanım

    Baş müəllim, sənətşünaslıq üzrə fəlsəfə doktoru

    Cəfərova Natavan

    Baş müəllim

    Əliyeva Aynur 

    Baş müəllim

    Hüseynova Aytən

    Baş müəllim

    Məmmədova Gülxar 

    Baş müəllim, sənətşünaslıq üzrə fəlsəfə doktoru

    Növrəsli Aybəniz 

    Baş müəllim