• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    Tarix-nəzəriyyə fakültəsi

    Dirijorluq kafedrası. Tarix

    1951-ci ildə Azərbaycan Dövlət Konservatoriyasının, Tarix-nəzəriyyə fakültəsinin nəzdində “Xor-dirijorluğu” şöbəsi açılmışdır. Şöbənin ilk müəllimi          Q.Qarayevin dəvəti ilə gəlmiş Moskva Dövlət Konservatoriyasının məzunu L.V.Frolova olmuşdur. O, 1951-57-ci və 1964-75-ci illər ərzində kafedra müdiri vəzifəsində çalışmışdır.

    1953-cü ildə “Xor-dirijorluğu” şöbəsində istedadlı bəstəkar C.Cahangirov pedaqoji fəaliyyətə başlayır. C.Cahangirov uzun müddət xor kollektivləri ilə çalışıb. O, Azərbaycan Dövlət Mahnı və Rəqs ansamblının xor kollektivinə, Azərbaycan Dövlət Televiziya və Radio xoruna rəhbərlik etmişdi. Onun bəstəkar kimi yaradıcılığı xor musiqisi ilə bilavasitə bağlı olmuşdur.

    1954-cü ildə daha bir gənc pedaqoq “Xor-dirijorluğu” şöbəsində fəaliyyətə başlayır.  A.A.Yurlov (Moskva Dövlət Konservatoriyasının məzunu, professor A.Sveşnikovun sinfi) bir sıra dirijorlar yetişdirib və Respublikada xor musiqi sənətinin yüksək inkişafında böyük rol oynamışdı. Elə həmin ildə ADK-da “Xor-dirijorluğu” kafedrası yaranıb.

    1956-cı ildə ADK-ı ilk məzun-xormeysterlər – N.Məlikov, L.Atakişiyeva, R.Əfəndiyeva, K.Abbasova bitirir.

    1956-cı ildən 1988-ci ilə qədər N.Məlikov (professor A.A.Yurlovun sinfi) kafedrada dərs deyir. O, kafedranın dosenti adına layiq görülüb və Azərbaycan Dövlət Opera və Balet teatrında baş xormeyster vəzifəsində çalışıb.

    1969-cu ildə L.Atakişiyeva Qnesinalar adına Musiqi Pedaqoji İnstitunun aspirantura pilləsini bitirib (professor A.A.Yurlovun sinfi). 1977-ci ildə L.Atakişiyeva Kamera Xoru təşkil etmişdir. Bu xor qısa müddət ərzində musiqisevərlərin, eləcə də peşəkar musiqiçilərin böyük rəğbətini qazanmışdır. Eləcə də Azərbaycan xor musiqisini yüksək səviyyədə təbliğ etmişdir.

    1956-cı ildə kafedraya dosent V.Y.Petrov və İ.İ.Butayev kimi yeni mütəxəssislər dəvət olunur. 1957-62-ci ilə qədər kafedranın müdiri vəzifəsinə İ.İ.Butayev təyin olunur.

    1957-ci ildə “Xor-dirijorluğu” kafedrasının məzunu istedadlı xormeyster E.B.Novruzov (L.V.Frolova) olmuşdur. O, 1993-cü ilə qədər kafedrada çalışıb, professor və Əməkdar İncəsənət Xadimi olmuşdu. 1966-cı ildə Azərbaycan Dövlət Xor Kapellasının yaranmasında onun böyük rolu olmuşdur və uzun illər Kapellanın bədii rəhbəri vəzifəsində çalışıb.

    1959-cu ildə “Xor-dirijorluğu” kafedrasının məzunu Vəkilova B. (V.Y.Petrovun sinfi) pedaqoji və ifaçı fəaliyyətinə başlayır. O, bir müddət Ş.Məmmədova adına Opera Studiyanın və M.F.Axundov adına Opera və Balet teatrının baş xormeysteri vəzifəsində çalışıb (Əməkdar İncəsənət xadimi, dosent).

    1970-ci illərin əvvəllərindən sənətşünaslıq üzrə namizəd, dosent Ağayeva S. kafedrada pedaqoji fəaliyyətə başlayır. O, kafedranın aparıcı müəllimlərindən biri olmuşdur. 1970-ci ildən kafedrada N.M.Mərdanov (L.V.Frolovanın sinfi) çalışır və indiyə qədər fəaliyyətini davam etdirir. O, yüksək səviyyəli peşəkar xormeysterlər yetişdirir.

    1965-1973-cü illərə qədər kafedranın müəllimləri arasında N.Nəbiyev çalışıb. O, bir müddət Dövlət Televiziya və Radionun xorunda xormeyster vəzifəsini yerinə yetirmişdir.

    1976-92-ci illərdə kafedranın müdiri Xalq artisti, istedadlı bəstəkar, professor C.Cahangirov olmuşdur. Həmin illər ərzində “Xor-dirijorluğu” kafedrası böyük uğurlara nail olmuşdur və istedadlı xormeysterlər yetişmişdir.

    1965-ci ildə kafedrada Z.İsmayılova (N.Məlikovun sinfi) müəllimi kimi fəaliyyətə başlayır. 30 ildən çox kafedrada çalışıb və 1992-95-ci illərdə kafedranın müdiri vəzifəsini yerinə yetirib.

    1995-ci 2004-cü illər ərzində Dirijorluq kafedrasının müdiri, Xalq artisti, professor V.Adıgözəlov olub. Onun rəhbərliyi dövründə “Xor-dirijorluğu” kafedrası BMA-nın qabaqcıl kafedralarından birinə çevrilmişdir.

    1990-cı illərin əvvəllərindən Yalçın Adıgözəlov pedaqoji fəaliyyətə başladı. 1982-ci ildə o, ADK-nın fortepiano şöbəsini, 1988-ci ildə Leninqrad Konservatoriyasının Dirijorluq sinfini bitirib. Hal-hazırda Y.Adıgözəlov kafedranın professorudur. Bir müddət o, Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin baş dirijoru olub və Azərbaycan Dövlət  Opera və Balet teatrının dirijor vəzifəsində çalışıb.

    1990-cı illərin əvvəlində kafedrada Xalq Artisti C.Cəfərov fəaliyyətə başlayır. O, hal-hazırda kafedrada professor kimi çalışmaqla yanaşı, Azərbaycan Dövlət Opera və Balet teatrında baş dirijor vəzifəsini də yerinə yetirir.

    1993-cü ildə G.İmanova kafedrada pedaqoji fəaliyyətə başlayır. O, 1989-cu ildən Ş.Məmmədova adına Opera Studiyanın baş xormeysteri vəzifəsində çalışır. 1996-cı ildən Azərbaycan Dövlət Xor Kapellasının bədii rəhbəridir. Xalq artistidir. 2005-ci ildən professor G.İmanova bugünə kimi “Xor-dirijorluğu” kafedrasnın müdiri vəzifəsini yerinə yetirir.

    Bir müddər kafedrada tanınmış bəstəkar, Xalq artisti Musa Mirzəyev, Əməkdar İncəsənət xadimləri Kazım Əliverdibəyov, Ziya Bağırov çalışmışdılar.

    1999-cu ildə  kafedrada professor, fəlsəfə doktoru Leyla Məmmədova müəllim kimi fəaliyyətə başlayıb. 2006-cı ildən Leyla Məmmədova BMA-nın elmi katibidir.

    Son illərdə kafedrada böyük müvəffəqiyyətlə gənc mütəxəssislər fəaliyyət göstərir. Dosent, Azərbaycan Dövlət Xor Kapellasının xormeysteri Yulizanna Kuxmazova, dosent, Əməkdar İncəsənət xadimi, Azərbaycan Opera və Balet teatrının dirijoru Sevil Hacıyeva, dosent, Əməkdar müəllim Aqil Qafulov, dosent, Əməkdar artist, , Azərbaycan Opera və Balet teatrının dirijoru Eyyub Quliyev,  baş müəllim Naala Baratelya və s.

    Pedaqoji fəaliyyətdən əlavə “Xor-dirijorluğu” kafedrası geniş elmi tədqiqat işləri aparır. Kafedranın müəllim-professor heyəti Respublikanın aparıcı musiqiçiləridir. Onlar geniş ifaçılıq fəaliyyətlərini həm Azərbaycanda, həm də xaricdə müvəfəqiyyətlə təbliğ edirlər.