• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    Tarix-nəzəriyyə fakültəsi

    Dirijorluq kafedrası. Tarix

    1951-ci ildə Azərbaycan Dövlət Konservatoriyasının, Tarix-nəzəriyyə fakültəsinin nəzdində “Xor-dirijorluğu” şöbəsi açılmışdır. Şöbənin ilk müəllimi          Q.Qarayevin dəvəti ilə gəlmiş Moskva Dövlət Konservatoriyasının məzunu L.V.Frolova olmuşdur. O, 1951-57-ci və 1964-75-ci illər ərzində kafedra müdiri vəzifəsində çalışmışdır.

    1953-cü ildə “Xor-dirijorluğu” şöbəsində istedadlı bəstəkar C.Cahangirov pedaqoji fəaliyyətə başlayır. C.Cahangirov uzun müddət xor kollektivləri ilə çalışıb. O, Azərbaycan Dövlət Mahnı və Rəqs ansamblının xor kollektivinə, Azərbaycan Dövlət Televiziya və Radio xoruna rəhbərlik etmişdi. Onun bəstəkar kimi yaradıcılığı xor musiqisi ilə bilavasitə bağlı olmuşdur.

    1954-cü ildə daha bir gənc pedaqoq “Xor-dirijorluğu” şöbəsində fəaliyyətə başlayır.  A.A.Yurlov (Moskva Dövlət Konservatoriyasının məzunu, professor A.Sveşnikovun sinfi) bir sıra dirijorlar yetişdirib və Respublikada xor musiqi sənətinin yüksək inkişafında böyük rol oynamışdı. Elə həmin ildə ADK-da “Xor-dirijorluğu” kafedrası yaranıb.

    Ardını oxu...



     

    Müəllimlər siyahısı

    İmanova Gülbacı

    Kafedra müdiri, professor, Xalq artisti, Əməkdar incəsənət xadimi

    Adıgözəlov Yalçın Vasif oğlu

    Professor, Xalq artisti, Əməkdar incəsənət xadimi

    Cəfərov Cavanşir Xəlil oğlu

    Professor, Xalq artisti, Əməkdar incəsənət xadimi

    Abbasov Cəlal Əşrəf oğlu

    Professor, Əməkdar incəsənət xadimi

    Məmmədova Leyla Mütalib qızı

    BMA-nın professoru, Sənətşünaslıq namizədi, Elmi katib

    Hacıyeva Sevil İnşalla qızı

    Dosent, Əməkdar incəsənət xadimi

    Mərdanov Nurəddin Mərdan oğlu

    Dosent, Əməkdar müəllim

    Qafulov Aqil Müzəffər oğlu

    Dosent, Həmkarlar İttifaqının sədri, Əməkdar müəllim

    Kuxmazova Yulizanna Şəfiyevna

    Dosent

    Əliyeva Rəna Ələkbər qızı

    Dosent

    Barateliya Naala Raul qızı

    Baş müəllim

    Məmmədova Nailə Baloğlan qızı

    Baş müəllim

    Nağıyeva Aydana Çingiz qızı

    Baş müəllim

    Quliyeva Dilarə Səftər qızı

    Baş müəllim

    Abdulzadə Cəmilə Səməd qızı

    Müəllim

    Aslanova Aytən Oqtay qızı

    Müəllim

    Babayev Dmitriy Konstantinoviç

    Müəllim

    Əsədova Səbinə Çingiz qızı

    Müəllim, Əməkdar artist

    Məmmədova Vüsalə Alməmməd qızı

    Müəllim

    Qafulova Xatirə İbrahim qızı

    Müəllim

    Quliyev Əyyub Ramiz oğlu

    Müəllim, Əməkdar artist