• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    Tarix-nəzəriyyə fakültəsi

    Ənənəvi musiqisi və müasir texnologiyalar kafedrası. Tarix

    90 illik tarixə malik Ü. Hacıbəyli adına Bakı Musiqi Akademiyasında “Azərbaycan xalq musiqisinin tarixi və nəzəriyyəsi” kafedrası xüsusi əhəmiyyətə malikdir. Onun əsas vəzifəsi Musiqi Akademiyasında aparılan klassik musiqi təhsili çərçivəsində dərin köklərə malik, hər zaman milli bəstəkarlıq məktəbinin nümayəndələri üçün ilham mənbəyi olmuş xalq musiqisi, aşıq sənəti və muğamın incəliklərini tələbələrə aşılamaqdan ibarətdir. Kafedranın yaranması və təşəkkülü ilə bağlı bəzi məqamları çatdırmaq istərdik.
          

    Ardını oxu...



    Müəllimlər siyahısı

    Məmmədov Tariyel Aydın oğlu 

    Kafedra müdiri, professor, sənətşünaslıq doktoru, əməkdar incəsənət xadimi

    Abdullazadə Gülnaz Abutalıb qızı

    Professor, fəlsəfə elmləri doktoru, əməkdar incsənət xadimi

    Hacıyeva Mina Telman qızı

    Professor, fəlsəfə elmləri doktoru

    Həsənova Cəmilə İsmayıl qızı

    Professor, sənətşünaslıq üzrə elmlər doktoru

    Rəcəbov Oqtay Məmmədağa oğlu

    Professor, pedaqoji elmləri doktoru

    Əsədullayev Arif

    Professor-məsləhətçi, sənətşünaslıq üzrə fəlsəfə doktoru

    Əhmədova Mehriban Fikrət qızı 

    Kafedranın professoru,  Əməkdar İncəsənət xadimi

     

    Abduləliyev Ariz Əli oğlu

    Dosent

    Bakıxanov Elxan Məmmədrza oğlu

    Dosent

    Zöhrabova Leyla Ramiz qızı

    Dosent, sənətşünaslıq üzrə fəlsəfə doktoru

    Fətulayeva Pikə Xəlifə qızı

    Müəllim

    Səfərəliyeva Fəxriyyə Ayaz qızı

    Müəllim