• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    Fortepiano fakültəsi

    Konsertmeyster ustalığı kafedrası. Tarix

    “Konsertmeyster ustalığı” (müşayiət) kafedrası Azərbaycan Dövlət Konservatoriyasında 1937-ci ildə yaradılmışdır.İdarəetmə heyətinin tapşırığı ilə ümumi rəhbərlik işini  bu sənətə böyük əhəmiyyət verən, professor Q.Q.Şaroyev həyata keçirirdi. Müşayiət sinfinin fəaliyyətində Azərbaycan Dövlət Konservatoriyasının bir sıra müəllim və musiqiçiləri fəal iştirak edirdilər  və ilk növbədə müşayiət sənətinə professional şəkildə yiyələnmiş istedadlı musiqiçi, təcrübəli konsertmeyster V.M.Kozlov.
    1930-40-cı illər dönəmində sinfin işinə E.Xanina, E.Əliyeva kimi müəllimlər cəlb olunurlar. O zamanlar “Fortepiano” fakültəsinin əksər tələbələri müşayiət sinfi üzrə təcrübə  keçməsi üçün vokal, eləcə də orkestr siniflərinə əlavə edilirdilər.

    Ardını oxu...

     

    Müəllimlər siyahısı

    Abasquliyeva Leyla Hüseyn qızı  

    Kafedra müdiri, professor, Əməkdar incəsənət xadimi

    Acalova Gülnarə Almaz qızı

    Professor, Əməkdar müəllim

    Qarayeva Tomrid Abdulla qızı

    Professor, Əməkdar müəllim

    Musayeva Elmira Danil qızı

    Professor, Əməkdar müəllim

    Aşumova Afaq Fazil qızı

    Dosent, sənətşünaslıq üzrə fəlsəfə doktoru

    Bədirxanov Tofiq Nurali oğlu

    Dosent

    Hüseynova Könül Qabil qızı

    Dosent, sənətşünaslıq üzrə fəlsəfə doktoru

    Məmmədova Venera Cavad qızı

    Dosent, sənətşünaslıq üzrə fəlsəfə doktoru

    Məmmədyarova Gülnarə Hadı qızı

    Dosent

    Mirzəyeva Gülnarə Nadir qızı

    Dosent

    Sədirxanova Kamilla Ridvan qızı

    Dosent, sənətşünaslıq üzrə fəlsəfə doktoru

    Zamanova Alya Abas qızı

    Dosent, sənətşünaslıq namizədi

    Həsənova Ceyla Bahadır qızı

    Baş müəllim

    Kərimova Yuliya Mixaylovna

    Baş müəllim

    Qarayeva Afaq İlyas qızı

    Baş müəllim

    Sultanova Səfurəxanım Əşrəf qızı

    Baş müəllim

    Həsənova Nigar Nazim qızı

    Müəllim

    İbrahimova Nərmin Aydın qızı

    Müəllim

     

    Zeynalova Leyla Kərim qızı

    Müəllim