• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    Yaqubova Tahirə Əhəd qızı

    Kafedra müdiri, professor, Əməkdar incəsənət xadimi

     

    Doğum yeri və tarixi: Azərbaycan, Bakı şəh., 03.07.1942.

    Təhsili: 1950-1961-ci illərdə Bülbül adına orta ixtisas musiqi məktəbində fortepiano üzrə, 1961-1966-cı ildə Üz.Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasının musiqişünaslıq şöbəsi ilə yanaşı, 1965-1970-ci illərdə orqan sinfini bitirib (Z.H.Cəfərovanın sinfi). Azərbaycan Dövlət Konservatoriyasının Elmi Şuranın qərarı ilə Memarlıq və İncəsənət İnistitutunun aspiranturasına (1966– 1970–ci illərdə musiqişünaslıq ixtisası üzrə), 1967–1970-ci illərdə Leninqrad Konservatoriyasına yaradıcılıq ezamiyyətinə göndərilib.

    Moskvada (1975), Tiflisdə (1980), Veymarda (Almaniya, 1988) təcrübə keçib. Tallində (1987), Riqada (1988), Alma-Atada (1989), İsveçrədə (1994), Hollandiyada (1996-1997) keçirilən «ustad sinfi» kurslarında iştrak edib. 1974-cü ildə Sənətşünaslıq elmlər namizədi adına dissertasiya müdafiə edib.

    Pedaqoji fəaliyyəti:  1978-ci ildən – dosent və Azərbaycan Bəstəkarlar İttifaqının üzvi, 1970-ci ildən Azərbaycan Dövlət Konservatoriyasında iki ixtisas – musiqi nəzəriyyəsi, 1971-ci ildən bu günə qədər orqan üzrə dərs deyir. 1976-1982-ci illərdə nəzəriyyə fakultəsinin dekanı vəzifəsində çalışıb.

    1991-ci ildən professor olmuş (1994-cü ildə təstiq edilmişdi), 1991-ci ildən orqan sinfinin icraçısı, 1995-ci ildən isə Orqan və klavesin kafedrasının müdiridir.

    Elmi fəaliyyəti:   1971-ci ildən M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının, Azkonsertin solisti, 1982-ci ildən Soyuz Konsertin və Dövlət konsertin solisti olaraq SSSR-i ərazisində olan bütün şəhərlərdə və xaricdə ilk azərbaycanlı orqan ifaçısı kimi ölkəmizi təmsil edib.

    30-dan çox elmi məqalələr, metodiki işlərin, monoqrafiyalarin, proqramların, orqan üzrə “Alətlər kralı», «Orqan terminalogiyası lüğəti», Qara Qarayevin seçilmiş əsərlərini orqan üçün köçürmələrin və başqa əsərlərin müəllifidir.

    2005-ci ildə Respublikanın Möhtərəm Prezidentinin sərəmcamı ilə (16 sentyabr 2005-ci il) Azərbaycanın Əməkdar incəsənət xadimi fəxri adı ilə tərtif olub.