• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov


     Paşayev Əliheydər Paşa oğlu

    Dosent

    Əliheydər Paşa oğlu Paşayev 1940-cı ildə Bakı şəhərində anadan olub.

    Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasının faqot sinfınə daxil olub. 1964-cü ildə oranı bitirib.
    1960-cı ildən başlayaraq M.Maqomayev adına Azərbaycan Dövlət filarmoniyasının, M.F.Axundov adına opera və balet teatrının simfonik orkestrinin, Q.Qarayev adına kamera orkestrinin və AZTV şirkətinin simfonik orkestrində faqot qruppasının konsertmeysteri işləyib.

    1966-cı ildə Azərbaycan Dövlət Teleradio şirkətinin Q.Qarayev adına kamera orkestrinin solisti və sonra simfonik orkestrində birinci faqotçu və inspektor vəzifəsində işləyib.

    1969-cu ildə A.Zeynallı adına Azərbaycan Dövlət musiqi kollecində, 1991-ci ildən Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasının nəfəsli alətlər şöbəsinin faqot sinfinin baş müəllimi,sonra da 1997-ci ildən dosent əvəzləyicisi vəzifəsində işləyib.

    Ü.Hacıbəyli adına BMA-nın "Nəfəs və Zərb alətləri" kafedrasında faqot aləti üzrə müəllim, sonralar baş müallim və 2014-cü ildən dosent vəzifəsində işləyir.