• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    Seidova Səadət Ağaməmməd qızı

    Kafedrası müdiri, Professor, Əməkdar müəllimi

    Doğum yeri və tarixi: Azərbaycan, Bakı şəh., 17.01.1942.

    Təhsil: 1949 – 1959 – Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasının nəzdindəki 10 illik musiqi məktəbi.
    1959 – 1964 - Ü.Hacıbəyov adına Azərbaycan DövlətKonservatoriyasının “Musiqi tarixi – nəzəriyyəsi” şöbəsi. ixtisas : musiqişünas, lektor, müəllim.
    1966 – 1970 – Az.SSREA – nın Memarlıq və İncəsənət institunun aspiranturası

    Pedaqoji fəaliyyəti: 1964 – 1966 A.Zeynallı adına Bakı Musiqi Texnikumunda müəllim, 1970 – ci ildən Ü.Hacıbəyov adına ADK – da (indiki Ü.Hacıbəyli adına Bakı MusiqiAkademiyasında) musiqi laboratoriyasının müdiri, müəllim, baş müəllim, dosent, professor (2007), “Tarixi – nəzəriyyə” fakültəsinin dekanı(1991), “Musiqi nəzəriyyəsi” kafedrasınn müdiri (1996 – cı ildən). Azərbaycan Respublikasının Əməkdar müəllimi (2008) .
    45 nəfər musiqişünas bakalavr və magistr, 11 nəfər musiqi üzrə fəlsəfə doktorları işlərinə rəhbərlik edib. Tələbələri müxtəlif mükafat və fəxri adlara laiq görmüşlər.

    Elmi fəaliyyəti: Dissertasiya - “Qədim Azərbaycan mərasim musiqisi” (dini oxumaların müqayisəli nəzəri təhlili əsasında). Ş.Rustaveli adına Gürcüstan Dövlət Teatr İnstitutunda müdafiə edib (1980). 1981 – SSRİ AAK – nın qərarı ilə sənətşünaslıq namizədi. Müxtəlif toplularda, qəzet və jurnallarda məqalələri çap olunub. Ölkədə və ölkədən kənar konfrans və simpoziumlarda çıxış etmişdir.
    Azərbaycan Bəstəkarlar İttifaqının üzvü (1992 – ci ildən). Etnomuzıkologiya bölümünün sədri (2007 – ci ildən). BMA – nın İxtisaslaşmış Müdafiə Şurasının sədr müavini (2011 – ci ildən). Azərbaycan Teleradio şirkətinin müxtəlif musiqi ilə bağlı verlişlərinin müəllifi(1988 - 1998). “Bilik” cəmiyyətinin üzvü (1965 – ci ildən).

    Kitabları :
    1.«Qədim Azərbaycan mərasim musiqisi» – Bakı 1993
    2.«Azərbaycan xalq professional musiqisi» – Bakı 1998
    3.“Seçilmiş məqalələr toplusu” – kitab 2016 - cı il
    4.“Azərbaycan dini musiqisi” nəşrdə. Mars - print
    5.“Məmməd Saleh İsmayılov” Bakı 2016- cı il
    6. Tədris ədəbiyyatı :
    1.« Qədim Azərbaycan mərasim musiqisi » – dərs vəsaiti Bakı: 2005
    2.« Azərbaycan xalq professional musiqisi » - dərs vəsaiti Bakı: 2005
    3.“Nəzəri musiqişünaslıq” dərs vəsaiti. nəşrdə.