• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    Həsənzadə Xatirə Nəriman qızı

    Dosent, sənətşünaslıq üzrə fəlsəfə doktoru

    Doğum yeri və tarixi:    Azərbaycan, Bakı şəh., 17.06.1959


    Təhsil:    1966-1977- Bülbül ad.orta ixtisas musiqi məktəbi
    1978-1982-ci illər arasında Ü.Hacıbəyov ad. ADK-nın (indiki BMA) “Tarix-nəzəriyyə” fakultəsini bitirmişdir. İxtisas: müəllim, musiqişünas, lektor; fərqlənmə diplomu


    Pedoqoji fəaliyyəti:   1983-cü ildən bu günə qədər Ü.Hacibəyli ad.ADK-nın (indiki BMA) “Musiqi tarixi” kafedrasında  müəllim, 2010- cu ildən kafedranın dosentidir.

    2005-ci ildən Azərbaycan Rəssamlar İttifaqı, 2014 - cü ildən Azərbaycan Bəstəkarlar İttifaqının üzvüdür.
    2012-ci ildən musiqişünasların  buraxılış işlərinə, magistr dissertasiyalarına rəhbərlik edir.


    Elmi fəaliyyəti:    “Türk xalqlarının mahnılarında intonasiya əlaqələri” adlı sənətşünaslıq dissertasiyasını (elmi rəh. sənətşünaslıq namizədi, professor S.Seyidova).  

    2011-2014 - “Musiqi xəzinəsi” (“Klassik musiqi”)  verilişlərinin aparıcısı olmuşdur.
    Müxtəlif toplularda yerli və xarici mətbuatda  məqalələr çap etdirir;
    Bir sıra konfranslarda müxtəlif illərdə çıxış etmişdir.    

    Xatirə Nəriman qızı Həsənzadə. "Türk Xalqlarının mahnılarında intonasiya xüsusiyyətləri".  Dərs vəsaiti. Bakı,2016-cı ADPU nəşriyyət, 240 səh.