• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    Həsənova Şəhla Həsən qızı

    Professor, sənətşünaslıq üzrə elmlər doktoru, əməkdar incəsənət  xadimi

    Doğum yeri və tarixi:   1956-cı ildə Bakı şəhərində anadan olub.


    Təhsil:   1983- 1974-cü ildə Bülbül adına Orta ixtisas musiqi məktəbini; qızıl medal;
    1974 -1979 -Ü.Hacıbəyov adına Azərbaycan Dövlət     Konservatoriyasının  (indiki Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyası) tarix-nəzəriyyə fakültəsi; fərqlənmə diplomu

    Pedoqoji fəaliyyəti: 1979 - cu ildən bu günə qədər  «Musiqi tarixi» kafedrasında müəllim, baş müəllim vəzifələrində çalışmış,  1994-cü ildən dosent, 2004-cü ildənisə kafedranın professorudur.
    Musiqişünasların diplom və buraxılış işlərinə, magistr dissertasiyalarına rəhbərlik edir; 5 sənətşünaslıq üzrə fəlsəfə doktoru dissertasiyasına rəhbərlik edib.
    Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi - 2008;
    SSRİ Təhsil Nazirliyinin Fəxri Fərmanı - 1977;
    Azərbaycan Respublikası Təhsil Nazirliyinin Fəxri Fərmanı və Medalı - 1978;
    «Humay» milli mükafatı – 2008 («Musa Mirzəyev» monoqrafiyası və «Musa Mirzəyev. Biblioqrafiya» kitabına görə).

    Elmi fəaliyyəti:  «Тема как носитель драматургического процесса в мугаме» («Mövzu muğamda dramaturji prosesin aparıcısı kimi») adlı sənətşünaslıq dissertasiyasını 1994-cü ildə müdafiə edib.
    «Azərbaycan bəstəkarlıq məktəbinin ənənələri kontekstində xalq artisti Musa Mirzəyevin yaradıcılığı» mövzusunda doktorluq dissertasiyası 2012-ci ildə müdafiə etmiş və 2013-cü ildə sənətşünaslıq üzrə elmlər doktoru elmi dərəcəsini alıb.
    Müxtəlif toplularda yerli və xarici mətbuatda  məqalələr çap etdirir; Respublika və Beynəlxalq konfransların iştirakçısıdır.
    7 kitabın  müəllifidir.
    1993-cü ildən Azərbaycan Bəstəkarlar İttifaqının üzvü,  «Musiqişünaslıq» və «Gənc bəstəkarlarla iş» bölmələrinin üzvüdür;
    1997-ci ildən BMA-nın magistratura şöbəsinin müdiridir;
    BMA Elmi Şurasının üzvüdür;
     
    Tədris metodikası:      «Musiqi tarixindən mühazirələr. 1-ci hissə» (B.: 2008, 94 s.);
    «Musiqi tarixindən mühazirələr. 2-ci hissə» (B.: 2012, 120 s.);
    «Azərbaycan bəstəkarlarının yaradıcılığı» (həmmüəlliflər F.Bədəlbəyli, O.Rəcəbov, Y.Axundova. B.:  2011, 228 s.);