• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    İmanova Ülviyyə    

    Kafedra müdiri,  professor, sənətşünaslıq üzrə fəlsəfə doktoru, əməkdar müəllim

    Doğum yeri və tarixi:   Azərbaycan, Bakı şəh., 25.10.1944


    Təhsil:    1958-1962 – A.Zeynallı adına  Bakı musiqi texnikumunun nəzəriyyə şöbəsi; fərqlənmə diplomu;

    1962-1967 – Ü.Hacıbəyov adına ADK “Musiqi tarixi-nəzəriyyəsi”. İxtisas: müəllim, musiqişünas, lektor; fərqlənmə diplomu;
    1968-1971 - Azərbaycan Elmlər Akademiyasının Memarlıq və İncəsənət institutunun aspiranturası.

     

    Pedoqoji fəaliyyəti:   1971-ci ildən bu günə qədər Ü.Hacıbəyov adına ADK–nın (indiki Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyası) “Musiqi tarixi” kafedrasının müəllimi, baş müəllimi (1979), dosenti (1991), 1995-ci ildən  kafedranın müdiri, 2003-cü ildən professorudur. 

    1974 –cü ildən musiqişünasların diplom və buraxılış işlərinə, magistr dissertasiyalarına rəhbərlik edir; 12 sənətşünaslıq üzrə fəlsəfə doktoru işlərinə rəhbərlik edib. Azərbaycan Respublikasının Əməkdar Müəllimi (2011).

    Elmi fəaliyyəti: “XX əsrin klassisizmi və Qara Qarayevin musiqisi” adlı sənətşünaslıq dissertasiyasını (elmi rəhbər: sənətşünaslıq namizədi, dosent İ.V.Abezqauz) 1990-cı ildə Daşkənd şəhərində müdafiə edib.

    Müxtəlif toplularda yerli və xarici mətbuatda  məqalələr çap etdirir; 

    Ü.Hacıbəyli adına BMA-da və Bəstəkarlar İttifaqında müxtəlif mövzulu konfranslarda çıxış edir.    

    Ü.Hacıbəyli adına BMAnın elmi şurasının və dissertasiya

     

    Tədris ədəbiyyatı:

    Heydər Əliyev adına “Müasir təhsil kompleksi” üçün 3   dərslik, Bakı, 2005  ( iki dərslik Nərmin Kamilova  ilə birlikdə)

    Azərbaycan musiqi ədəbiyyatı (ali məktəblər üçün) Bakı,  “Elm və təhsil”, 2014- 488s. (S.Qasımova, Z.Abdullayeva ilə birlikdə)

    Tədris olunan fənnlər üzrə proqramlar.