• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    Qarayeva–Məmmədova Bilqeyis Mir Əbdül Qəni qızı

    (27 sentyabr 1931 -3 iyul 2010)

    Professor, Əməkdar incəsənət xadimi

    1948 – 1952 – ci illərdə A.Zeynallı adına Orta ixtisas musiqi məktəbində “musiqi nəzəriyyəsi” ixtisası üzrə təhsil alıb.

    1952 –1957 –ci illərdə Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasının tarix - nəzəriyyə fakültəsində oxuyub.

    1957 – ci ildən ADK – nın musiqi nəzəriyyəsi kafedrasının müəllimi.

    1965 – ci ildən baş müəllim.

    1970–1979–cu illərdə Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasında tədris və elmi işlər üzrə prorektoru vəzifəsində fəaliyyət göstərib.

    1976 – cı ildən kafedranın dosenti .

    1979 – cu ildən professor əvəzi vəzifələrində çalışıb.

    2005 - ci il 16 sentyabr - Əməkdar incəsənət xadimi.

    2010 – cu il iyulun 3 – də vəfat edib.