• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov


    Məmmədəliyeva Leyla Məmməd qızı

    Professor, Əməkdar müəllim

    Doğum yeri və tarixi: Azərbaycan, Bakı şəh., 1940 -cı il.

    Təhsil: 1970-ci ildə ildə Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasının fortepiano fakültəsini bitirmişdir. O, Azərbaycan Respublikasının xalq artisti, professor M.Brenerin yetişdirməsidir.

    Pedaqoji fəaliyyəti:

    L.Məmmədəliyeva 1973-cü ildən “Metodika və xüsusi pedaqoji hazırlıq” kafedrasının müəllimidir.

    2008-ci ildə L.Məmmədəliyeva Azərbaycan Respublikasının əməkdar müəllimi adına layiq qörülüb.

    2009-ci ildən dosent, 2010-ci ildən professor vəzifəsində çalışır.

    Elmi fəaliyyəti:   L.M.Məmmədəliyeva bir sıra faydalı və lazımlı elmi vəsaitlərinin müəllifidir.