• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    Əmirov Cəmil Fikrət oğlu

     Azərbaycanın Xalq artisti, Bəstəkarlar və Kinomotoqrafçılar İttifaqlarının üzvü, əməkdar incəsənət xadimi 

    Doğum yeri və tarixi : Azərbaycan, Bakı şəh., 03.05.1957

    Təhsili: Bülbül adına orta ixtisas musiqi məktəbinin fortepiano sinfi ( 1965 -1975)
    Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyası (indiki BMA) Bəstəkarlıq fakültəsi, prof. C. Hacıyevin sinfi (1975 – 1980), aspirantura (1980 -1982)

    Əmək fəaliyyəti: Azərbaycan Dövlət Kamera Orkestri (1978 – 1983)
    Fortepiano və klavesin ifaçısı kimi Azərbaycan Televiziya və radio Komitəsinin “Qobustan” estrada – folklor ansamblının rəhbəri (1983 -1985)
    Azərbaycan Dövlət Televiziya və Radio Komitəsinin Rafiq Babayevin rəhbərlik etdiyi ansamblın solisti (1985-1989)
    Azərbaycan Dövlət “Muğam” teatrının musiqi rəhbəri (1989 -1990)
    Azərbaycan Dövlət Televiziya və Radio Komitəsinin Rafiq Babayevin rəhbərlik etdiyi ansamblın solisti (1990 – 1991)
    Azərbaycan Dövlət Kamera Orkestrinin fortepiano və klavesin alətinin solisti
    “Qaya” Dövlət estrada-simfonik orkestrinin musiqi rəhbəri (1991 -1992)
    Bakı şəhər Mədəniyyət idarəsinin Caz klubun rəhbəri (1992)
    R.Babayevin rəhbərlik etdiyi “Cəngi” ansamblı (1992 -1995)
    Ü.Hacıbəyli adına BMA-nın elmi tədqiqat laboratoriyasının böyük elmi işçisi (2009-cü ildən bugünə qədər)
    Konsert fəaliyyəti: Gənclər və tələbələrin Ümümdünya festivalı (Moskva,1985)
    Beynəlxalq caz festivalı (Tiflis, 1986)
    “Gaudemus” Beynəlxalq musiqi həftəsi (Bolqaristan-1988 , Hollandiya- 1989)
    Etnomusiqisinin Ümümdünya festivalı (Hamburq, 1999, Dakar, Sineqal 1993)
    “Gülüm” layihəsinin iştirakçısı “SAVAB” ansamblının musiqi rəhbəri (Bakı, 2002)
    Etnomusiqinin Ümümdünya festivalında “SAVAB” ansamblının musiqi rəhbəri (İstanbul, 2005)
    Ümümdünya caz festivalı (Astana,2006)
    Bir sıra Beynəlxalq musiqi festivallarının iştirakçısı
    Musiqi rəhbəri olduğu “SAVAB” ansamblının Cexiya, İsveçrə,Avstriyada müxtəlif tədbirlərin iştirakçısı

    Elmi əsərləri: F.Əmirov və C.Hacıyevin həyat və yaradıçılıqları haqqında bir neçə populyar qəzet və jurnallarda məqalələri
    H.Əliyev fondu tərəfindən nəşr olunan “F.Əmirov. Ömrün səyifələri” və əsərlərindən ibarət Antoloqiyanın müəllifi
    Bir sıra sənədli və animassiya filmlərinə, tamaşalara, müxtəlif tərkibli ansambllar üçün instrumental musiqinin və mahnıların müəllifi
    Mükafatları: Bir necə beynəlxalq festivalların laureatı və “Odlar yurdu” mahnı müsabiqəsində yazdığı mahnılara görə 1 və 2-ci mükafatın qalibi

     

     



    Laboratoriyasının elmi işçiləri