• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    Əzizova Sahilə Rahil qızı

     

    Kiçik elmi işçi.

    Doğum yeri və tarixi: Azərbaycan, Bakı şəhəri, 23.05.1976.

    Təhsil: 1983-1993, Bakı şəhəri N.Nərimanov rayonu 39 nömrəli məktəbi bitirib, həmin il ingilis dilli Xəzər Universitetinə daxil olmuşam. İxtisasım İngilis-Fars dilləri üzrə mütəxəssisdir.

    Pedaqoji fəaliyyəti: 2017-ci ildən Ü. Hacıbəyli adına Bakı Musiqi Akademiyasının “Şifahi ənənəli Azərbaycan professional musiqisi və onun yeni istiqamətlərinin tədqiqi: Orqanologiya və Akustika” elmi tədqiqat laboratoriyasının kiçik elmi işçisi.

    Elmi fəaliyyəti: “Mütərcim” nəşriyyatının “Humanitar elmlərin öyrənilməsinin aktual problemləri” jurnalının 2018-ci ilin ikinci və üçüncü buraxlışlarında məqalələri dərc olunub.

     

     



    Laboratoriyasının elmi işçiləri