• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    Abduləliyev Ariz Əli oğlu

    Dosent

    Doğum yeri və tarixi: Azərbaycan Respublikası, Goranboy rayonu, 12.12.1958.

    İş yeri və vəzifəsi: Hacıbəyli adına Bakı Musiqi Akademiyası elmi laboratoriyasında aparıcı elmi işçi; “Ənənəvi musiqi və müasir texnologiyalar” kafedrasının dosenti.

    Təhsili: 1974-1979 – A.Zeynallı adına Bakı musiqi məktəbi, “xalq çalğ alətləri” şöbəsi; 1979-1984 - Ü.Hacıbəyli adına ADK, “Azərbaycan xalq musiqisi - tar” şöbəsi. İfaçı və müəllim ixtisası (Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, professor O.Quliyevin sinfi); Fakultativ bəstəkarlıq kursu (F.Qarayevin assistenti, dosent Elnar Məmmədovun sinfi); 1986 - Azərbaycan SSR Mədəniyyət nazirliyinin “musiqi müəllimləri üçün respublika təkmilləşdirmə və ixtisasartırma kursu”; 1987, iyun - Moskvada SSRİ Bəstəkarlar İttifaqının Ümumittifaq etnomusiqişünaslıq seminarları (seminar rəhbərləri – E.Alekseyev, B.Rabinoviç); 1988-1990 - Azərbaycan KP MK yanında Marksizm-leninizm Universitetinin fəlsəfə şöbəsi (qiyabi); 1996 - Beynəlxalq İxtiraçılıq və Biznes İnstitutunda “beynəlxalq biznes” kursları; 1996-2000 - AMEA Memarlıq və İncəsənət İnstitutunda istehsalatdan ayrılmamaqla “Musiqi sənəti” ixtisası üzrə aspirantura (Elmi rəhbər - Əməkdar elm xadimi, sənətşünaslıq üzrə elmlər doktoru, prof. Ə.İsazadə); 1998-2001 - Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası, “dövlət və bələdiyyə idarəetməsi”, ikinci ali təhsil.
    Hal-hazırda Ü.Hacıbəyli adına BMA-nın dissertantı.

    Elmi-pedaqoji fəaliyyəti: 1975-ci ildən hal-hazıra kimi pedaqoji fəaliyyət; 1975-1979-cu və 1984-1991-ci illərdə uşaq musiqi məktəbində müəllim; 1991-1994-cü illərdə Azərbaycan Milli Yaradıcılıq Akademiyasında “musiqi problemlərinin tədqiqi” şöbəsində elmi işçi; 1995-ci ildən Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının elmi laboratoriyasında müsabiqə yolu ilə elmi əməkdaş (1995), kiçik elmi işçi (1996, 2002), böyük elmi işçi (17.02.2006; 30.06.2011; 15.02.2017), aparıcı elmi işçi (15.09.2018 -hal-hazıra kimi); 1999-cu ildən Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının “Azərbaycan ənənəvi musiqisi və müasir texnologiyalar” kafedrasında müəllim (1999), baş müəllim (2005; 2010), dosent (2012; 2017 - hal-hazıra kimi); Azərbaycan Milli Konservatoriyasında “Milli musiqinin tarixi və nəzəriyyəsi” kafedrasında yarımştat müəllim (2003-2015); Azərbaycan Milli Konservatoriyasında bakalavar məzunlarının üç buraxılış işinə elmi rəhbərlik; Muğam, xalq musiqisi, etnomusiqişünaslıq, bəstəkar-xalq musiqsi mövzularında, “Heydər Əliyevin musiqi mədəniyyətinin inkişafında xidmlərləri” mövzusunda çıxışlar və elmi məqalələr.
    Hal-hazırda “Heydər Əliyevin Azərbaycan musiqi mədəniyyətinin inkişafında və təbliğində rolu” dissertasiya mövzusu üzərində tədqiqat işi aparır.

    Elmi fəaliyyəti: “Elm və həyat”, “Qobustan”, “Musiqi dünyası”, “Konservatoriya”, “Mədəniyyətşünaslıq”, “İncəsənət və mədəniyyət problemləri”, “Mədəni həyat”, “Poisk” elmi jurnallarında, “Ədəbiyyat və incəsənət”, “Mədəniyyət”, “Xalq qəzeti”, “İncəsənət”, “Bakı”, “Azərbaycan gəncləri”, “Yeni Azərbaycan”, “Azad Azərbaycan”, “Ədəbiyyat”, “Palitra”, “Səs”, “525-ci qəzet”, “AzərTac”, “Modern.az”, “Moderator.az”, “Qazqazinfo.az”, “Strategiya.az”, “MİA.az” və b. media orqanlarında musiqi mövzularında elmi və elmi-publisist məqalələri, informasiyaları, müsahibələri dərc olunub. Elmi məqalə toplularında məqalələri dərc olunub. Respublika elmi konfranslarında: Azərbaycan milli musiqisinin tədqiqi problemləri: I respublika elmi konfransı” (1991); Nizami Gəncəvinin 850 illiyinə həsr olunmuş respublika elmi konfransı (1992); Ü.Hacıbəylinin anadan olmasının 100 illiyinə həsr olunmuş respublika elmi konfransı (1995); Gənc alimlərin və aspirantların respublika elmi konfransı (1996); Fikrət Əmirovun anadan olmasının 75 illiyinə həsr olunmuş respublika elmi konfransı (8-10 dekabr, 1997); Azərbaycan Elmlər Akademiyası aspirantlarının elmi konfransı (iyun, 1997); Aspirantların və gənc tədqiqatçıların respublika elmi konfransı (Təhsil Nazirliyi, 11-12 fevral, 1998); Aspirantların və gənc tədqiqatçıların VI respublika elmi konfransı (Təhsil Nazirliyi, 23-24 fevral, 2000); Aspirantların və gənc tədqiqatçıların VII elmi konfransı  (Təhsil Nazirliyi, 30 aprel-1 may, 2002); M.S.Ismayılovun xatirəsinə həsr olunmuş elmi konfrans (iyun, 2003); Aspirantların və gənc tədqiqatçəların X respublika elmi konfransı (Təhsil Nazirliyi, 8-9 fevral, 2005); Əfrasiyab Bədəlbəylinin anadan olmasının 100 illiyinə həsr olunmuş respublika elmi-praktik konfransı (aprel, 2007); Gənc tədqiqatçıların ümumrespublika elmi konfransı (Təhsil nazirliyi, 06-07 may, 2010); Doktorantların və gənc tədqiqatçıların XVI respublika elmi konfransı (Təhsil Nazirliyi, 21-22 dekabr, 2011); Ü.Hacıbəylinin 125, Bakı Musiqi Akademiyasının 90 illik yubileylərinə həsr olunmuş Respublika elmi-praktik konfransı (31 may-2 iyun, 2011); Xalq artisti, professor Tofiq Bakıxanovun 85 illiyinə həsr olunmuş respublika elmi-praktik konfransı (15 dekabr, 2015); Heydər Əliyev və Azərbaycan mədəniyyəti: Respublika elmi-praktik konfransı (Mədəniyyət və Turizm nazirliyi, AMEA Ədəbiyyat institutu, 5 may, 2016); Ü.Hacıbəyli adına BMA elmi laboratoriyasının 25 illiyinə həsr olunmuş elmi-praktik konfrans (BMA, 2017, aprel); Ulu Öndər Heydər Əliyevin anadan olmasının 95 illiyinə həsr olunmuş elmi-praktik konfrans (BMA, 1 may, 2018); Folklor kollektivlərinin fəaliyyyətinə həsr olunmuş respublika elm-praktik seminarı (AMEA Folklor institutu və Mədəniiyyət nazirliyi, 12 iyun, 2018); Azərbaycan xalq mahnıları festivalının elmi konfransı (8 oktyabr, 2018) və s. məruzə edib. Beynəlxalq elmi konfranslarda: “Üzeyir Hacıbəyovun anadan olmasının 100 illiyinə həsr olunmuş Ümumittifaq elmi konfransı” (ADK, 16-19 may, 1985); “Yaxın və Orta Şərq ölkələri musiqi mədəniyyətlərinin vəziyyəti və inkişaf problemləri: IV Ümumiittaf elmi konfrans (. ADK, 28-30 oktyabr, 1987); “Yaxın və Orta Şərq ölkələri musiqi mədəniyyətlərinin inkişaf problemləri: V Ümumittifaq elmi konfransı” (ADK, 29-31 oktyabr, 1990); “Muğam aləmi” I Beynəlxalq elmi simpoziumu (mart, 2009); “Muğam aləmi” II Beynəlxalq elmi simpoziumu (mart, 2011); “Этногенез и ранняя история народов Евразии: Международная научно-практическая конференция” (РФ, г.Пенза, 5-6 апреля, 2010); “Наука и современность: Второй международный научно-практический симпозиум” (РФ, г. Новосибирск, 2010); “Mədəniyyətlərarası dialoqda ənənəvi incəsənətin rolu: ADMİU-nun 90 illiyinə həsr olunmuş beynəlxalq elmi konfrans” (Təhsil nazirliyi, ADMİU, 2012); “Azərbaycanşünaslığın aktual problemləri: V Beynəlxalq elmi konfrans” ( Təhsil Nazirliyi, Bakı Slayvan Universiteti, 05-07 may, 2014-cü il) “В мире науки и искусства: XXXIII международная научно-практическая конференция” (РФ, г.Новосибирск, 19 февраля, 2014 г.); İSME-2018 (Bakı, iyul, 2018) və s. iştirak edib, məqalə və tezisləri dərc olunub.
    Ü.Hacıbəyli adına BMA elmi laboratoriyasının Bilik Fondu ilə birgə layihələrində çıxış (Qəbələ, 2018 may; Ali hərbi məktəb, 2018 iyun).
    Ü.Hacıbəyli adına BMA-nın elmi laboratoriyasında seminarlar (1996-2018). Dissertasiyalara rəylər. Dissertasiyaların seminarlarında çıxışlar və rəylər.
    Nəşr olunmuş elmi və tədris işləri: “Onun sənət dünyası” (Bakı, Təhsil, 2006, 224 s. monoqrafiya, həmmüəllif R.Zöhrabov); “Azərbaycan xalq musiqisi antologiyası, I c. (Bakı, 2002, 353 s., tərtibçilərdən biri); “Türkiyə bəsit makamları” metodik vəsait (BMA, 2010); “Şərq xalqlarının ənənəvi professional musiqisi” (fənn proqramı, BMA-2011; BMA- 2015), “Etnomusiqişünaslıq” (fənn proqramı, BMA- 2009; BMA-2011), “Etnik mədəniyyət tarixi” (fənn proqramı, BMA-2015), “Türk xalqlarının musiqisi” (fənn proqramı, BMA- 2015), “Muğam sənəti” (fənn proqramı, AMK- 2008) ; Elmi jurnallarda, məqalə toplularında, konfrans materillarında 100-dən çox elmi məqalə.
    Təltifləri: Azərbaycan Respublikasının “Tərəqqi” medalı (2005); SSRİ Bəstəkarlar İttifaqının Ümumittifaq xalq yaradıcılığı festivalının I dərəcəli diplomu (1988); Musiqişünasların Ü.Hacıbəyli adına respublika müsabiqəsinin I dərəcəli diplomu (1995); H.Əliyev adına Ali Hərbi Məktəbin Fəxri Fərmanı (2018); Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Fəxri Fərmanı (2018, dekabr).

     

    Laboratoriyasının elmi işçiləri