• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    6,7 dekabr 2017-ci

    6,7 dekabr 2017-ci il tarixlərində Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasında İspaniyanın məşhur pianoçusu, Alfonso X Kral Universitetinin və Vigo Konservatoriyasının professoru, beynəlxalq müsabiqələrin jüri heyətinin üzvü Pablo Vigo Galdo fortepiano fakültəsinin tələbələrilə ustadlıq dərsləri keçirilib.

    Ustad dərslərində Əliyeva Nərgiz (F.List -“Tarantella), Mirheydərzadə Fidan (F.Şopen-op.10 “Etüd”№12 c-moll”), Şıxıyev Tofiq (Y.Brams-“Sonata” f-moll), Behbudov Rəşid (F.Şopen “Konsert” e-moll I h), Əlizadə Fuad (F.Şopen -“Ballada” №1 g-moll), Babayeva Vüsalə (F.Şopen “Andante spianato and Grand Brilliant Polonaise”), Həşimli Aytən (F.Şopen - 2 Mazurka ), Əmiraslanov Nəriman (Şubert-List “Ave Mariya”), İsayeva Ceyran (LV.Bethoven -“Sonata” №7 D-dur II,III), Heydərli Nigar (L.V.Bethoven - “Sonata”№17d-moll II,IIIh) iştirak ediblər. Həmçinin BMA nəzdində məktəb-studiyanın üçüncü sinif şagirdi Z.Ş.Şükürova ( Müəllim N.T.Əliverdi-zadə) ustad dərsində iştirak edərək İ.Benda Sonatina а -moll; S.Şaminad Elegiya d-moll əsərlərini ifa edib.

    Hər bir iştirakçını diqqətlə dinləyən professor Pablo Galdo öz tövsiyyələrini, məsləhətlərini onlarla bölüşüb, fortepianoda ifa metodikası, səslənmə, pedalizasiya haqqında məruzələr aparıb. Keçirilən ustad dərsləri tələbə və müəllim heyətinin marağına səbəb olmaqla bərabər, böyük rəğbətini də qazanıb. Professor Pablo Vigo Galdo tələbələrə gələcək işlərində uğurlar arzulayıb.