• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    30 noyabr 2017-ci

    Bergen universiteti nəzdində Qriq Akademiyasının Eirin Bjerkomp Soelvberg (Piano) və Markus Eriksen (Violonçel) tələbələri ilə 30 noyabr 2017 –ci il tarixində Üzeyir Hacıbəyli adına BMA-da bədii tədqiqat ixtisasartırma kursu üzrə növbəti təqdimat keçirilib.


    Təqdimatda müəllimə Kərimova Zərif dahi azərbaycan professional musiqisinin banisi Üzeyir Hacıbəylinin yaradıcılığı haqqında danışıb. Daha sonra Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının yaranma tarixi və quruluşu haqqında, BMA-nın nəzdində fəaliyyət göstərən Ş.Məmmədova adına Opera studiya, Orta ixtisas musiqi məktəb-studiyası, fakültələr və laboratoriyalar haqqında məlumat verilib. Həmçinin Bakı Musiqi Akademiyasının dünyaya bəxş etdiyi məhşurlar haqqında söhbət aparılıb.
    Təqdimatın sonunda azərbaycan bəstəkarların əsərlərindən (Ü.Hacıbəyli “Arşın mal alan” operettası, F.Əmirov “Azərbaycan” kapriççiosu, Q.Qarayev “Yeddi gözəl” baleti, Niyazi “Arzu” romansı, Arif Məlikov “ Məhəbbət əfsanəsi” baleti, Türkən Qasımzadə “Kvintet”) parçalar dinlənilib.