• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    24 noyabr 2017-ci

    Bryla Aqnieszka Przemtk tərəfindən keçirilən ustadlıq dərsi. Sevindirici haldır ki, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasına müxtəlif ölkələrin konservatoriyalarından istedadlı və professional musiqiçi-pedaqoqlar, ifaçılar dəvət olunur.

    Təkcə son ay ərzində bir neçə ustad dərsləri təşkil olunmuşdur. Dekabrda isə növbəti ustad dərsin keçirilməsi gözlənilir. Bu cür açıq dərslər təkcə tələbələrin dünyagörüşünü deyil, həm də pedaqoji tərübəni yeniləşdirərək, zənginləşdirir.

    Belə ustad dərslərdən biri də Friderik Şopen adına Varşava Musiqi Akademiyasının assistenti Bryla Aqnieszka Przemtk tərəfindən həyata keçirilən ustad dərs oldu. Qeyd etmək lazımdır ki, açıq dərs son dərəcə maraqlı və fəal bir məkanda keçirilirdi (mühitin də böyük əhəmiyyəti var).

    Diqqəti cəlb edən o idi ki, Bryla Aqnieszka pianoçunun diqqətini hər bir musiqi məqamına böyük bacarıqla cəlb edə bilirdi: heç bir musiqi parçası, heç bir dinamik, tembr göstərişləri, o cümlədən bəstəkar tərəfindən irəli sürülən ştrixlər onun diqqətindən yayınmırdı. Bununla da tələbədə fikrin cəmləşdirilməsi inkişaf etdirilərək, onda məsuliyyəti artırırdı, musiqi mətninin qüsursuz bir şəkildə oxunmasına diqqət yetirilirdi. Çünki yalnız bur cür yolla bu və ya digər əsərin musiqi məzmununu ifadə etmək mümkündür.

    Pianoçuluq baxımdan texniki çətinliklərin aradan qaldırılması üçün məsləhətlər verərək, Bryla Aqnieszka ifaçıya texnikanı məqsədə çevirməyi məsləhət bilmir, əksinə, texnikadan musiqi obrazının ifadəsi üçün vasitə kimi istifadə etməyi tövsiyə edir.

    Təqdim olunmuş musiqi materialının arasında o, ən iri və ən xırda məqamları, bu və ya digər musiqi elementlərini seçib müəyyənləşdirməyi təklif edərək, bir növ müəyyən faktura yaratmağı tövsiyə edir.

    Son olaraq qeyd etmək lazımdır ki, məşhur konservatoriyalardan dəvət olunmuş professional musiqiçilərin bu cür ustad dərslərinin Musiqi Akademiyasında keçirilməsi və təşkili mühüm və zəruridir. Çünki onlardan hər biri yeni ideyalar və məsləhətlərlə çıxış edərək, fortepiano ifaçılığının hüdudlarını genişləndirir və gənc musiqiçilərin (eləcə də tələbələrin) pianoçu qəlbini rövnəqləndirir.