• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    21 noyabr 2017-ci il

    Latviyanın tanınmış vokalçısı, kontr-tenor ifaçılığı ustası-Sergeis Jegers 21 noyabr saat 11-dən 13-dək BMA-nın kiçik zalında tələbələrlə master-klass dərsləri keçirdi.

    Bu dərslərdə “Solo oxuma və opera hazırlığı” kafedrasının tələbələri Mahir Tağızadə (müəllim: dosent Sveta Mirzəyeva), Əliyev Hidayət (müəllim: professor Natavan Şeyxova) çıxışlar etdilər. Master-klasslarda Hendelin,Vivaldinin ariyaları səsləndirildi. Sergeis Jegers onların ifalarını dinləyərək öz fikirlərini bildirdi.

    Sonda Sergeis Jegers öz ifalarını kontr-tenor səslə nümayiş etdirdi.

    Master-klass tələbələrin marağına səbəb oldu.

    Qeyd edək ki, 22 noyabr saat 19:00-da BMA-nın Böyük zalında Sergeis Jegers solo konsert proqramı ilə çıxış edəcək.