• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    7 noyabr 2017-ci il

    Dünən 7 noyabr tarixində Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Kiçik Zalında rus ictimai xadimi, pianoçu Luka Safronovun ustad dərsi keçirilib.

    Ustad dərsində Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının II kurs tələbəsi Əmiraslanov Nəriman F.Şopen “Etüd” a-moll № 23 və F.Şopen “Skertso” № 2, magistr pilləsinin II kurs tələbəsi Şıxıyev Tofiq F.Şubertin A-dur Sonatasının I hissəsini ifa ediblər. Eyni zamanda Akademiyanın tələbələri ilə yanaşı, G.Şaroyev adına 35 № li Musiqi Məktəbinin 10-cu sinif şagirdi İslamova Jalə S.Raxmaninovun “Etüd-lövhədən” № 6, op. 39 a-moll proqramı ilə iştirak edib. Ustad dərsdə pianoçu həm ifaçı kimi, həm də nəzəri məlumatlar verməyə çalışırdı. Luka Safronov tərəfindən aparılan ustad dərsi çox yüksək səviyyədə keçdi, tələbələr və müəllimlər tərəfindən maraqla qarşılanıb.

    Onu da qeyd etmək istərdik ki, tanınmış pianoçu, Beynəlxalq müsabiqələr laureatı Luka Safronov 6 noyabr tarixində Beynəlxalq Muğam Mərkəzində solo konsert proqramı ilə çıxış edib. Konsert Heydər Əliyev Mərkəzi və Beynəlxalq Muğam Mərkəzinin təşkilatçılığı ilə “Baku” jurnalının 10 illiyinə həsr olunub. Gecədə tanınmış pianoçunun ifasında dünya şöhrətli bəstəkarlar L.Bethoven, F.Şopen, S.Raxmaninov və P.Çaykovskinin əsərləri səsləndirilib. Məşhur pianoçunun çıxışı dinləyicilər tərəfindən alqışlarla qarşılanıb. Pianoçu konsert fəaliyyəti ilə yanaşı xeyriyyə işləri ilə də məşquldur.