30 oktyabr 2017-ci il
Adilə Əliyevanın “Ustad dərsləri” haqqında məlumat
2017–ci ilin 30 oktyabr – 1 noyabr tarixlərində Fransa Ali Beynəlxalq Musiqi Akademiyasının Prezidenti Cenevrə Musiqi Mərkəzinin musiqi departamentinin müdiri, Adilə Əliyeva adına Beynəlxalq müsabiqənin münsiflər heyətinin sədri, professor Adilə Əliyevanın ustadlıq dərsləri keçirilmişdir. Dərslərdə Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının, məktəb – studiyasının, Bülbül adına Orta İxtisas Musiqi Məktəbi, Q.Qarayev adına 8 saylı , G.Şaroyev adına 35 saylı və digər 11 illik Uşaq Musiqi Məktəblərinin şagirdləri iştirak edirdilər.
Ustad dərsdə göstərilən repertuar çox genişdir. Burada həm klassik, həm romantik, həm də impressionizm üslublu əsərlər təqdim olunmuşdur. Ustad dərsləri dinləyici auditoriyası tərəfindən böyük maraqla qarşılanmışdır.