17 iyun 2017-ci il
Üzeyir Hacıbəyli adına BMA-nın kitabxanasının oxu zalında Rusiya Dövlət Sosial Universitetinin sosiomədəni fəaliyyət və incəsənət fakültəsinin
"Sosiologiya və mədəniyyət fəlsəfə" kafedrasının professoru, Rusiya üzrə Skopus yerli ekspert şurasının "Music" və "Visual and Performing Arts" istiqamətləri üzrə eksperti Konson Qriqoriy Rafaeloviç ilə görüş keçirilmişdir.