• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    17 dekabr 2018-ci

    17 dekabr 2018-ci il tarixində Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının professoru Mina Hacıyeva BMA-nın magistr pilləsinin I kurs tələbələrinə "Azərbaycan Multikulturalizmi" fənnindən "Azərbaycanda yaşayan azsaylı xalqlar" mövzusunda açıq dərs keçib.


    Açıq dərsdə tələbələr "Azərbaycanda yaşayan azsaylı xalqlar" mövzusunda bir neçə təqdimat göstərərək Azərbaycan bəstəkarlarının dünya xalqlarının musiqisinə müraciəti haqda məlumat vermiş və musiqi nömrələri ilə çıxış etmişlər.
    Qeyd edək ki, "İnstrumental ifaçılıq" ixtisası üzrə Qurbanova Nərmin, Mustafayeva Arzu, Cəbiyeva Nərmin, Qasımova Nəzrin, İbrahimli Adilə, Rzayeva Əzizə, Qüdrətli Ülkər, Abdullayev Elçin, Lütvəlizadə Rəsul, "Bəstəkarlıq" ixtisası üzrə Quliyev Elvin, Salmanov Toğrul, "Solo oxuma" ixtisası üzrə Sadıxova Rəfiqəxanım və Ələkbərov Fərhad çıxış ediblər.
    Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının professoru Mina Hacıyevanın növbəti açıq dərsi bütün auditoriya tərəfindən maraqla qarşılanıb.