• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    28 noyabr 2018-ci

    Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Orta ixtisas musiqi məktəb-studiyasının ən ümdə vəzifəsi BMA və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin tələbələrini istehsalat təcrübəsi ilə təmin etdiyi üçün dərslər təcrübənin bütün növləri – pedaqoji, ifaçılıq, konsertmeyster təcrübəsi üzrə yönəldilmişdir.

    Tələbələrin məktəb-studiya şagirdləri ilə dərsləri tədris prosesinin misilsiz təcrübi hissəsidir. Təcrübəçi-tələbələrin açıq dərsləri buna sübutdur.

    Bu istiqamətdə yaranmış yenilik və təkmilləşmənin nəticəsinin davamı kimi 28 noyabr 2018-ci il tarixində Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Kiçik zalında BMA-nın "Xüsusi pedaqoji hazırlıq" kafedrası (kafedra müdiri – sənətşünaslıq üzrə fəlsəfə doktoru dosent, Elnarə Məmmədova) və məktəb-studiyanın (direktor – sənətşünaslıq üzrə elmlər doktoru, professor Tərlan Seyidov) “Təcrübəçi-tələbələrin açıq dərsləri” adlı birgə layihəsi keçirildi.

    Adından məlum olduğu kimi, bu layihədə təcrübəçi-tələbələr məktəb-studiyanın şagirdlərinə açıq dərs keçirlər. Həmin tələbələr gələcəyin müəllimləridirlər, belə dərslərin keçirilməsi onlar üçün çox böyük təcrübədir. Tələbələr ifa olunacaq əsər və onun bəstəkarı haqqında geniş məlumat verir, sonra isə şagirdə həmin əsəri çaldıraraq, əsəri təhlil edirdilər.

    Mən bu gun açıq dərsdə iştirak edən tələbə və şagirdlərdən xüsusilə fərqlənənləri qeyd etmək istərdim:
    Fidan Mirheydərzadə, II kurs, fortepiano (rəhbər – dos. Nərgiz Əlizadə), Xəyalə Cavadvend, II kurs, fleyta (rəhbər – prof. Müzəffər Ağamalızadə), Ali Emre Kaloç, IV sinif, fleyta (müəllim – Elman Mustafayev)
    Aygül Rzazadə, II kurs, fortepiano (rəhbər – dos. Elnarə Məmmədova), Aydan Xanhüseynzadə, V sinif, fortepiano (müəllim – Nuranə Zeynalova)
    Aytən Hüseynəliyeva, IV kurs, fortepiano (rəhbər – dos. Arzu Rzayeva), Yusif Məmmədli, III sinif, fortepiano (müəllim – Nərgiz Mansurova)
    Gülxanım Bayramova, II kurs, fortepiano (rəhbər – dos. Mədinə Tuayeva), Nəzrin Abasbəyli, VI sinif, fortepiano (müəllim – Mədinə Tuayeva)
    Aytac Ağazadə, IV kurs, fortepiano (rəhbər – dos. Mədinə Tuayeva), Hüseyn Bədəlbəyli, VIII sinif, fortepiano (müəllim – dos. Mədinə Tuayeva)

    Açıq dərsdə BMA-nın "Xüsusi pedaqoji kafedrası"nın müdiri, dosent Elnarə Məmmədova və BMA-nın Orta ixtisas musiqi məktəb-studiyasının direktor müavini Sevda Məmmədovanın təcrübəçi-tələbələrə ünvanladlqları tədrisin metodika və təcrübəsi haqqında, pedaqoji ustalıq barədə sualların çətinliyinə baxmayaraq çoxu düzgün və ətraflı cavab verirmişlər. Auditoriya da bu muzakirələrə maraqla qoşulmuşdur. Beləliklə, tələbələrin məktəb-studiya bazasında təcrübəsi epizodik deyil, tədris prosesinin ayrılmaz hissəsi kimi daimi xarakter daşıyır.

    Elnarə xanım bizimlə layihə haqqında olan fikirlərini bölüşdü: “Mən özüm də ilk iş fəaliyyətimə məktəb-studiyadan başlamışam. Konservatoriyanı bitirdikdən sonra məktəb-studiyanın direktoru, professor Tərlan Seyidov məni müəllim kimi işə götürüb. Və mən çox sevinirəm ki, biz mütəmadi olaraq məktəb-studiya ilə ünsiyyətdə oluruq, birgə layihələrimiz var. Hər ay bizim kafedranın tələbələri məktəb-studiyanın şagirdlərinə açıq dərslər keçir. Bu yaxınlarda dekabrın 3-də növbəti lahiyəmiz olan “Akademik xalq və caz musiqisi” festivalı keçiriləcək. Həmin festivala Respublikanın şəhər və rayon musiqi məktəbləri qatılacaqlar. Zənnimcə, festival uğurlu keçəcək”.

    Biz də buna inanır və ümid edirik ki, belə layihələr davamlı olacaq.

    Nigar BAYRAMOVA
    Ü.Hacıbəyli adına BMA-nın elmi işçisi